Sizin reklam burada 728×90
Son dəqiqə

Çimərlikdə bədbəsxt hadisə: qadın öldü

13.08.2022 16:29 464 1 dəq oxunur
Çimərlikdə bədbəsxt hadisə: qadın öldü
Amerikanın Cənubi Karolina ştatının Qarden Siti şəhərində küləyin qopardığı çətir çimərliyə gedənin sinəsini deşərək onu öldürüb.

bakunews.az milli.az-a istinadən bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Çətir həmin anda çimərlikdə dincələn 63 yaşlı Tammi Perroya adlı qadına dəyib. Qadın döş qəfəsindən xəsarət alıb və hadisədən bir saat sonra xəstəxanada ölüb.

Çimərlik çətirləri qumda asanlıqla yapışdırmaq üçün sivrilənib və örtüyü geniş olduğu üçün bərkidilmədikdə külək onları uçurur. ABŞ-da hər il 3000-ə yaxın insan çətirdən xəsarət alır.

Virciniya senatorları Tim Keyn və Mark Uorner, 2016-cı ildə Virciniya ştatında oxşar hadisədə bir qadının ölməsindən sonra çimərlik çətirləri ilə bağlı qaydaların nəzərdən keçirilməsinə çağırıb və çətirləri təhlükəsiz saxlamaq üçün kampaniyaya başlayıblar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az