Sizin reklam burada 728×90
Son dəqiqə

Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb

20.05.2026 09:56 201 1 dəq oxunur
Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb
May ayının 19-dan 20-nə keçən gecə Ukraynanın bir neçə bölgəsi Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.

Hücumlar nəticəsində bir çox bölgədə dağıntılar olub, yaralananlar var.

Rusiyanın hücumları nəticəsində Dnepr şəhərində ərzaq anbarları dağılıb. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb.

Xarkov vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə 16 yaşlı qızı yaralanıb.

Rusiya ordusunun hücumları Odessa da evlərə və avtomobillərə ziyan vurub.

Konotop şəhərində də bir xəstəxana binası zədələnib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az