Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub

03.10.2026 19:00 110 1 dəq oxunur
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat açıqlayıb.

Məlumata görə, İŞİD terror təşkilatına qarşı 16 vilayətdə əməliyyatlar keçirilib.

Adana, Adıyaman, Balıkəsir, Bursa, Diyarbəkir, Düzce, Ədirnə, Qaziantep, İğdır, Kayseri, Mardin, Mersin, Nevşehir, Sinop, Şanlıurfa və Zonguldakda keçirilən əməliyyatlarda 51 şübhəli saxlanılıb.

Onların İŞİD üzvü olduqları, təşkilata maliyyə dəstəyi göstərdikləri və sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyən edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az