• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Putinin danışmanını kimlər hədəfə alıb - Kremldə saraydaxili mübarizə, yoxsa...

Dünya

23-08-2022, 17:42

Rusiya konkret izlər açıqlamasa da, Kiyevi ittiham edir; Aygün Muradxanlı: "Bundan sonra Kreml Ukraynaya qarşı daha sərt, daha amansız addımlar atacaq"

Avqustun 20-də Moskva vilayətində ictimai xadim, filosof və avrasiyaçı Aleksandr Duqinin qızı jurnalist-politoloq Daria Duqina avtomobili partlaması nəticəsində həlak olub. Rusiya mətbuatının məlumatına görə, maşında Duqinin özü də olmalı imiş, amma son anda o, başqa maşına minib və Darianın arxasınca gəlib.

Bu səbəblə partlayışın terror aktı olduğu iddia edilir. Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiya irəli sürülüb. Daha sonra isə istintaq avtomobilə 400 qrama yaxın trotil qoyulduğunu müəyyən edib. Bu kifayət qədər ciddi miqdardır. Bəs ata Duqin niyə qızı ilə eyni maşında getməyib? Nədənsə şübhələnib, yoxsa?

Xatırladaq ki, Qərbdə Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan, "rus dünyası"nın əsas ideoloqu hesab edirlər. Bəzi iddialara görə, onun Türkiyə Prezidenti Ərdoğanın yaxın ətrafı ilə yaxşı münasibətləri var və o, Rusiyanın Türkiyə ilə yaxınlaşması, strateji müttəfiq olması xəttinin əsas ideoloqlarından biridir.

30 yaşlı Daria Duqina "United World International"ın baş redaktoru idi. Atası kimi Ukraynaya müdaxilənin qızğın tərəfdarlarından biri sayılır. O və atası Böyük Britaniyanın sanksiyalar siyahısında yer alırlar. Lakin Daria həm də 44 günlük savaşda Azərbaycanın haqq işini müdafiə edən azsaylı Rusiya jurnalistlərindən idi - belə bir maraqlı detal da var. Duqin özü də Azərbaycanla bağlı pozitiv açıqlamaların müəllifidir. O, lap başından bəri Qarabağ münaqişəsində Azərbaycanı haqlı sayır və işğaldakı ərazilərin geri qaytarılmasını tövsiyə edirdi. Bu baxımdan, bu terrorda erməni izi axtaranlar da var.

Bildirilir ki, A. Duqin hadisədən sonra xəstəxanaya yerləşdirilib. Rus millətçiləri cinayətdə dərhal "Ukrayna izi" axtarmağa başlayıblar. Ancaq Ukrayna Putinin qeyri-rəsmi ideoloqunun ölümü ilə nə qazanacaqdı ki? Artıq Ukrayna rəsmən bu hadisədə əli və marağı olmadığını bəyan edib.

Baş vermiş hadisəyə A. Duqinin ideoloji rəqiblərinin, hakimiyyət uğrunda mübarizə aparan qrupların mübarizəsinin təzahürü kimi baxanlar da var. Olmaya Kremldə saraydaxili mübarizə başlayıb? Duqin Avrasiyaçılığı nədir və onun ideologiyasında Türkiyə və Azərbaycanın yeri haqda iddialar nədən ibarətdir?

Qeyd edək ki, artıq əsas hədəfin Duqin olduğu iddia edilən sui-qəsdi Rusiyada fəaliyyət göstərən Milli Respublika Ordusu (Nationalnaya Respublikanskaya Armiya) öz üzərinə götürüb.

Qruplaşma öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı müharibə elan etdiklərini açıqlayıb. Bildirilir ki, "Milli Respublika Ordusu" ölkədə müxaliflərdən ibarət hərbi birləşmə kimi fəaliyyət göstərir və Rusiya bəzi silahlı hücumlar təşkil edib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqin şənbə günü Moskva yaxınlığındakı Zaxarovada keçirilən "Ənənə" ədəbiyyat və musiqi festivalına onun müavini və mətbuat katibi işləyən qızı Darya Duqina ilə qatılıb. Festivalın proqramına uyğun olaraq Duqin "Ənənə və tarix" mövzusunda mühazirə oxuyub.

Festivalın digər iştirakçısı, skripkaçı Peter Lundstrem daha sonra bildirib ki, Duqinin qızı ilə Moskvaya öz şəxsi avtomobili ilə getməsi gözlənildiyi halda, o, CİP-i qızına verib və başqa maşınla Moskvaya qayıdıb.

Darya Duqinanın tək idarə etdiyi maşında Zaxarovadan 3 kilometr aralıda və təxminən 10 dəqiqə sürdükdən sonra, saat 21:30 radələrində əsas yolda hərəkətdə olarkən partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışın təsiri ilə avtomobil yol kənarındakı binaya çırpılaraq alovlanmağa başlayıb. 30 yaşlı Duqina avtomobildə yanaraq faciəvi şəkildə ölüb.

Avqustun 22-də Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalist Darya Duqinanın qətlinin üstünü açdığı haqda məlumat yaydı. Bu barədə TASS FTX-yə istinadən məlumat yayıb.

"Jurnalist Darya Duqinanın qətlinin üstü açılıb. Bunu Ukrayna xüsusi xidmət orqanları həyata keçirib. Qətlin icraçısı Estoniyada cinayət tərətdikdən sonra oradan qaçan Ukrayna vətəndaşıdır", - məlumatda deyilir.

FTX bildirir ki, Natalya Vovk kimi tanınan qadın nömrələri dəyişdirən "Mini Cooper"dən istifadə edərək Duqinanı izləyib. Rusiyaya daxil olarkən avtomobildə "DXR"in E982XN DPR qeydiyyat nömrəsi olub. Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub - 172AJD02. Qətldən sonra o, AH7771IP Ukrayna nömrəsi ilə ölkəni tərk edib.
Ətraflı

Materiallar Duqinanın qətli ilə bağlı cinayət işini araşdıran Rusiya İstintaq Komitəsinə təhvil verilib.

bakunews.az
milli.az-a istinadən bildirir ki, mövzu ilə bağlı tanınmış jurnalist Aygün Muradxanlı "Yeni Müsavat"a danışıb:

"Həm Rusiya, həm də Türkiyə iqtidarına yaxın olan bir neçə şəxsdən Duqinin 2 ölkə iqtidarına bu qədər yaxın olması haqda soruşmuşam, hər iki qaynaq bunu təkzib edib. Yəni, Duqinin həqiqətən 2 ölkənin iqtidarları ilə birbaşa təmasları olması haqqında söylənilənləri o qədər də əsaslı saymıram, çünki öz qaynaqlarıma kifayət qədər etibar edirəm.

Məsələ burasındadır ki, Duqin çoxqütblü dünyanın tərəfdarı, onun yaranması ideyası müəlliflərindən biri idi. Lakin bu çoxqütblü dediyi dünyada məhz Kreml dominantlığı nəzərdə tuturdu. Yəni, onun avrasiyaçılığı heç də bu coğrafiyada yaşayan dövlətlərin, ölkələrin beynəlxalq hüquq prinsiplərinə dayanan münasibətlərini, mehriban qonşuluq əsasında iş birliyi, əlaqələrini nəzərdə tutmurdu. Onun təklif etdiyi bütün layihələrin arxasında Kreml dominantlığı dayanırdı, bu da təbii ki, heç bir halda qəbuledilməz idi və qəbul da olunmadı. Buna artıq ehtimal da yoxdur, çünki Rusiyanın mövqeləri o qədər zəifləyib ki, diriltmək istədiyi Sovetlər birliyi, yaratmaq istədiyi Avrasiya ittifaqının bundan sonra baş tutacağını inandırıcı hesab etmək olmaz.

Təbii ki, regionda olan 2 böyük dövlət, Rusiya və Türkiyə bir şəkildə bəzi məqamlarda işbirliyinin içərisində olur, amma bu işbirliyinin özü də bir rəqabətdir. Yəni, Rusiya və Türkiyəni heç vaxt tərəfdaş hesab etmək olmaz, ona görə ki, ən azından onların təmsil olunduqları hərbi birliklər bir-birinə qarşıdır. Yəni, NATO ölkəsi ilə Rusiyanı necə hansısa bir ittifaqda təsəvvür etmək olar?

Rusiya çox ehtimal edirdi ki, avrasiyaçılıq modelinə yaxınlaşmaqla, Türkiyə "beyin ölümü" keçirdiyi deyilən NATO-dan uzaqlaşacaq. Xatırlayırsınızsa, savaşa qədər Avropa birlikləri belə NATO-nu "ölü təşkilat" sayırdı. Bəs sonra nə baş verdi? Rusiya Ukraynaya hücum etdi və NATO diri, ayıq və oyaq olduğunu bir daha sübut etdi və Türkiyə quru qoşunlarının sayına görə NATO-nun ikinci böyük dövləti olaraq hər zaman bu proseslərin önündədir, getdikcə onun xüsusən də Qara dənizdə mövqelərinin gücləndiyini görürük. Yəni Rusiyanın genişlənməsinin qarşısını alan yeganə ölkə Türkiyədir. Buna görə də Duqinin hər iki ölkənin iqtidarı ilə yaxınlaşması, sanki onların ideoloji yol göstərəni olması haqda söylənilən fikirləri doğru hesab etmək olmaz.

Əslində Duqinin özünün fakt olaraq böyüdülməsi də kifayət qədər yanlışdır. O, bir prosesin ideya müəllifi idi və proses dalan dirəndi, baş tutmadı. Çünki söylədiyim kimi, prosesin əvvəlində ortasında və sonunda Rusiya var idi. Savaşdan sonra onun tutduğu mövqe qatı milliyyətçi, faşizmə yaxın mövqe kimi qiymətləndirildi və heç bir halda təqdir olunmadı. Biz bunu həm Gürcüstan, həm də Ukrayna savaşında görmüşük. Duqin israrla bildirirdi ki, ən amansız tədbirlərlə, yəni milləti öldürərək, qıraraq məhv edərək, Rusiya öz məqsədlərinə çatmalıdır. Belə bir insanın düşüncəsindən xeyirli bir məhsul, niyyət ortaya çıxacağına ümid etmək mümkün deyil.

Dara Duqinin öldürülməsinə gəldikdə isə o, atasının ideyalarını qızğın müdafiə edən şəxs idi. O mənada ki, savaşın birbaşa dəstəkçilərindən biri idi. Hətta bir neçə dəfə onu Azovstarda gördük. Deyilənlərə görə, oradakı işgəncə kampaniyalarında ən azı müşahidəçi kimi iştirak edib. Mariupoldakı dəhşətli mənzərələri öz gözləri ilə görəndən sonra yenidən savaşı, Kreml müdafiə etməsi onun hansı mənəvi keyfiyyətlərə malik olmasından xəbər verir. Onun Qarabağ, Azərbaycan haqqındakı fikirləri şəxsən mənim üçün önəmli deyil. Çünki dünyada bir həqiqət var, bu həqiqət də ondan ibarətdir ki, dünyanın heç bir yerində heç bir günahsız insan hansısa siyasi proseslərin qurbanı olmamalıdır. Bu, duyanın ən ali qanunudur.

Ona görə də Daryanın öldürülməsi təbii ki, atasının cəzandırılması olmaqla yanaşı həm də bəlkə də özünün bu prosesdə iştirakının nəticəsi idi.

Əlbəttə ki, bu hadisənin Ukrayna tərəfindən törədilməsini qətiyyən qəbul etmirəm, çünki bu Ukraynaya nə verəcəkdi? Üstəlik nəzərə alsaq ki, bu, Kremli kifayət qədər sərt mövqeyə məcbur edə bilər. Bunun nəzərə alaraq onu demək olar ki, Darya içəridən, yəni Rusiya daxilində Putinə qarşı olan qüvvələr tərəfindən terrora məruz qaldı. Zatən artıq bunu törədən təşkilat da bunu açıqlayıb.

Duqinin ölkə içərisində həm tərəfdarları, həm də əleyhdarları da var idi. Görünür onun Rusiya-Türkiyə yaxınlaşmasında ideoloji yükü üzərinə çəkmək istəməsi PKK tərəfdarlarını qəzəbləndirib.

Hesab edirəm ki, bu hadisədən sonra Kreml Ukraynaya qarşı daha sərt, daha amansız addımlar atacaq. Hətta ötən gün Ukraynanın bir neçə şəhərində nüvə silahı təhlükəsi ilə bağlı həyəcan siqnalları verildiyini gördük. Bu o deməkdir ki, Ukrayna təhlükəsizlik qüvvələri də artıq Rusiyanın Ukraynaya qarşı daha amansız mövqe tutacağı ilə bağlı xəbərlər alıblar".

Aygün Muradxanlı "Duqinin avrasiyaçılıq ideologiyasında Türkiyə və Azərbaycanın yerini necə görürsünüz?" sualına isə bu cür cavab verdi:

"Duqin də digər Rusiya ideoloqları kimi heç bir halda Qafqazı, eləcə də Güney Qafqazı, Azərbaycanı, həmçinin digər respublikaları müstəqil dövlət kimi görmək istəmir, ümumiyyətlə bu ideyanı qəbul etmirdi. Bütün hallarda qeyd edilən ölkələri yenidən necəsə Kremlə tabe etmək siyasəti yürüdür, onu nəzərdə tutur, bütün siyasətini buna yönəlik aparırdı. Azərbaycanı müstəqil dövlət kimi görməyən, onu Kremlə bağlı görən ideologiyanı Azərbaycan cəmiyyəti heç vaxt təqdir edə bilməz".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-08-2022, 12:53

Sərkisyan: Daryanın ölümünə sevinirik - Video

Dünya

21-08-2022, 12:25

Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Dünya

21-08-2022, 12:15

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır

Siyasət

23-08-2022, 20:41

Aleksandr Duqin kimdir: Azərbaycanın dostu, yoxsa...? – Müsahibə

Dünya

21-08-2022, 02:29

Rusiyalı tanınmış siyasətçinin qızının olduğu avtomobil partlayıb

Gündəm / Siyasət

30-06-2022, 09:01

Putin hələ də Ukraynanın böyük hissəsini almaq istəyir - ABŞ

Dünya

29-08-2022, 16:06

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Dünya

26-08-2022, 14:57

Putin ümumi səfərbərlikdən qaçmağa çalışır, onun yeni fərmanı bunu göstərir - ISW

Dünya

1-09-2022, 15:10

Arvadını başqa kişiylə tutan ərdən dəhşətli əməl

Dünya

29-08-2022, 12:18

FTX: Duqinanın daha bir qatili varmış - Video

Dünya

2-08-2022, 16:40

Rusiya iqtisadiyyatını ayaqda saxlamaq üçün bu ölkənin qızılını talayır?

Dünya

9-08-2022, 19:22

Qızı bıçaqlayaraq cəsədini xalçaya büküb balkondan endirib

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
Dünən, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Dünən, 09:20
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
2-09-2026, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Xəbər lenti
  • Dünən, 19:00
    Petr Pavel: Çexiya Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır
  • Dünən, 18:30
    Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
  • Dünən, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • Dünən, 18:13
    "İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
  • Dünən, 18:04
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
  • Dünən, 17:55
    “Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
  • Dünən, 17:38
    Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH
  • Dünən, 17:27
    Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
  • Dünən, 17:05
    Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
  • Dünən, 16:49
    Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
  • Dünən, 16:24
    Şagirdlərin yerdəyişməsi dayandırılır
  • Dünən, 16:15
    “Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi
  • Dünən, 15:41
    Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub
  • Dünən, 15:31
    Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video
  • Dünən, 15:15
    "Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
  • Dünən, 14:51
    Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
  • Dünən, 14:28
    Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
  • Dünən, 14:12
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
  • Dünən, 13:11
    Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:05
    Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR
  • Dünən, 12:10
    "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
  • Dünən, 11:48
    Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib
  • Dünən, 11:23
    “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
  • Dünən, 11:04
    Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:53
    Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
  • Dünən, 10:29
    FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
  • Dünən, 10:07
    Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO
  • Dünən, 09:48
    Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:20
    Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 09:10
    “X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
  • Dünən, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-09-2026, 23:08
    “Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
  • 2-09-2026, 19:00
    Rəhman Hacıyev: Mina problemi müharibələr bitəndən sonra da aktuallığını itirmir
  • 2-09-2026, 18:30
    Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
  • 2-09-2026, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə