• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aleksandr Duqin kimdir: Azərbaycanın dostu, yoxsa...? – Müsahibə

Siyasət

23-08-2022, 20:41

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyalı siyasi nəzəriyyətçi və politoloq Aleksandr Duqinin qızı Daryanın qətli ilə bağlı müzakirələr qızışır. Hələ də cavabsız qalan suallardan biri də budur ki, Duqina niyə qətlə yetirilib? Sizin bu haqda fikriniz necədir: Aleksandr Duqini hədəfə gətirən əsas səbəblər hansılardır?

- Aleksandr Duqin "Avrasiyaçılıq" ideologiyasının, xüsusilə də çox aqressiv və təhlükəli olan "Rus Dünyası" nəzəriyyələrinin müəllifidir. Eyni zamanda, Kremldə keçmiş sovet respublikalarının Rusiyaya birləşməsinə və Rus İmperiyasının yaradılmasına xidmət edən şəxslərdən biri sayılır. O, ilk baxışda Rusiya-Türkiyə münasibətlərinin inkişafının, Rusiya-Azərbaycan münasibətlərinin daha da intensivləşdirilməsinin tərəfdarı kimi görünür. 44 günlük Vətən Müharibəsində birmənalı Azərbaycanı dəstəklədi. Eyni zamanda, erməni daşnak-faşizm ideologiyasını çox təhlükəli hesab edir və s. Bununla yanaşı, Aleksandr Duqin rus nasional şovinizminin və nasional stanizminin mənəvi atalarından biri sayılır. "Avrasiyaçılıq" ideologiyası isə zahirən slavyan aləmi ilə türk dünyasının birləşməsinə xidmət etsə də, bütünlüklə Rusiyanın maraq və mənafelərinin reallaşmasını ehtiva edən nəzəriyyədir.

Darya Duqinanın terror vasitəsilə qətlə yetirilməsini birmənalı şəkildə qınayıram. Çünki bu, siyasi terrordur. Hansı məqsədlə, kim tərəfindən və nə üçün edilməsindən asılı olmayaraq qınayıram. Duqinlə mübarizə ideoloji müstəvidə aparılmalıdır. Duqinə qarşı terror aktı törədənlərin bu əməlləri birbaşa bunu edənlərin özlərinə qarşı yönələcək. Buna qətiyyən şübhə etmirəm.

Bu, çox təhlükəli tendensiyadır. Bu terror ilk baxışda Rusiyanın ideologiyasını zəiflətməli idi, amma tam əksini görəcəyik. Bundan sonra Rusiya vətəndaşları hakimiyyətin ətrafında daha sıx birləşəcəklər. Çünki hakimiyyət birmənalı şəkildə vətəndaşlara bildirəcək ki, artıq müharibənin hər birimizin qapısına gəldiyini görürsünüz, günahsız insanları siyasi terrorla öldürürlər, avtomobillərini partladırlar, Rusiya-Ukrayna müharibəsi bu iki ölkə arasında yox, Qərblə Rusiya arasındadır və Qərb Rusiyanı məhv etmək istəyir. Bu ideoloji tezislər artıq Rusiyanın təbliğatında yer alıb və çox güclü şəkildə efirlərə ötürülür.

Rusiyalı müxalifətçi İlya Ponomaryov bəyan etdi ki, bu terror aksiyası guya federasiyada gizli fəaliyyət göstərən "Milli Respublika Ordusu" adlanan partizan qruplaşması tərəfindən həyata keçirilib və bu, Rusiyada hərbi komissarlıqların yandırılmasından sonra daha bir addımdır. O, bu qruplaşmanın xalqı Rusiya hakimiyyətinə qarşı üsyana çağırdığını da dedi.

Hesab edirəm ki, bu terror aktının kim tərəfindən törədilməsi haqda danışmaq bir qədər tezdir. Amma ortada danılmaz faktlar var. Bu akt birbaşa Duqinə qarşı yönəlməmişdi, hədəf birbaşa Duqina idi. Çünki partlayıcı qurğu birbaşa onun avtomobilinə yerləşdirilmişdi. Partlayıcı qurğu uzaqdan mobil telefon vasitəsilə işə salınmışdı. Bunun istintaqın gedişatından asılı olmayaraq, Rusiyada anti-Ukrayna və anti-Qərb düşüncələrini daha da artıracağına şübhə etmirəm. Belə də olacaq, təbliğat bundan maksimum yararlanacaq.

Bütün hallarda isə tələsməməliyik, istintaqın gedişində hər şey bəlli olacaq. Darya Duqina isə atasının yolunu gedirdi. İndi onu "möhtəşəm filosof", "böyük mütəfəkkir", "siyasi ekspert" kimi təqdim etsələr də, mən belə düşünmürəm. Mərhum Darya Duqina sadəcə atasının tezisləri və fikirlərinin ötürülməsi ilə məşğul idi. Bəli, fransız dilini yaxşı bilirdi, Fransanın siyasətini şərh etməyə cəhd göstərirdi, amma onun son çıxışları tamamilə Ukraynaya qarşı yönəlmişdi. Mariupol və digər şəhərlərə getmişdi, oradan reportajlar hazırlamışdı, açıqlamalar vermişdi və s. Buna görə də, düşünürəm ki, bu aktın kimlər tərəfindən törədilməsindən asılı olmayaraq, bu, birmənalı şəkildə siyasi terrordur, siyasi məqsəd və hədəflərə yönəlmiş istəkdir və bir ssenaridir.

- Ukraynadan söz düşmüşkən, artıq Rusiya sui-qəsdlə bağlı daha çox bu ölkənin adını hallandırır. Sizcə, bu aktın Ukrayna ilə əlaqəsi ola bilərmi?

- Şübhəsiz ki, Rusiyadakı müəyyən siyasi qüvvələr və nəzəriyyəçilər ilk növbədə Ukraynanı günahlandırırlar. Əslində, bu, gözlənilən idi. Çünki indi Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Duqin də Ukrayna hakimiyyətinə və onun siyasətinə qarşı çox kəskin çıxışlar edən şəxsdir. Hətta onun çıxışlarından Ukraynanın tamamilə ələ keçirilməsinə çağırışlar da var. Amma bunun Ukraynaya ilə bağlı hansısa qüvvələr tərəfindən həyata keçirildiyinə inanmıram. Çünki bu, Ukraynanın özünə ziyan vura bilən bir məsələdir. Çünki bu aksiyanın həyata keçirilməsi Rusiya Silahlı Qüvvələrinə Ukraynanın dinc sakinləri və şəhərlərinə, eləcə də paytaxtına zərbələri intensivləşdirməsinə imkanlar yarada bilər. Məsələn, bundan istifadə edərək, Kiyevin mərkəzindəki hökumət məhəlləsinə zərbələr endirmək olar. Buna görə də düşünmürəm ki, bu akt Ukrayna, yaxud onunla bağlı olan hansısa qüvvələr tərəfindən həyata keçirilib.


- Bir sıra rusiyalı ekspertlər Duqinə qarşı atılan bu addımı Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərinə zərbə cəhdi kimi də qiymətləndirirlər və bunun arxasında ermənilərin ola biləcəyi ehtimalına diqqət çəkirlər. Bəs bu ehtimal nə qədər məntiqli ola bilər?

- Dediyim kimi, Aleksandr Duqin Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını və inkişafını istəyən adamdır. Təbii ki, bunu Türkiyəni istədiyinə görə yox, Rusiyanın maraqlarından, "Avrasiyaçılıq" və "Rus Dünyası" nəzəriyyələrinin prinsiplərindən çıxış edərək bunu edir. Məqsəd Türkiyəni NATO-dan kənarlaşdırmaq, Rusiyanın strateji tərəfdaşına çevirmək, yaxud ikitərəfli münasibətləri intensivləşdirməklə yanaşı, Türkiyənin Şimali Atlantika Alyansında olması amilindən istifadə edərək, bu birliyi dağıtmaqdır. Yəni burada Türkiyəyə qarşı dərin bir rəğbət yoxdur. Söhbət Rusiyanın maraqlarının yerinə yetirilməsindən gedir. Pradoksal səslənsə də, bu normaldır. Çünki Duqin Rusiya vətəndaşıdır və təbii ki, onun maraqlarından çıxış etməlidir.

Ermənilərlə bağlı iddiaya gəldikdə, bunu şərh etmək istəməzdim. Çünki məlumat yoxdur. Məlumat olmadıqca fikir yürütməkdən çəkinirəm. Həvəskar formada nəsə demək olar, amma bu, o qədər də ciddiyə alınmaz.

- Ümumiyyətlə, cəmiyyətimizdə Duqinə qarşı münasibət birmənalı deyil. Sizcə, bizim ona qarşı münasibətimiz necə olmalıdır, yaxud o, Azərbaycan üçün kimdir?

- Duqinə qarşı simpatiya və ya antipatiyanı kənara qoyuram, hər kəs bir-birinə rəğbət də, nifrət də bəsləyə bilər. Amma kimliyindən asılı olmayaraq, siyasi terror aktını dəstəkləmək yolverilməzdir. Duqinanın həlak olduğu aksiya siyasi terror aktıdır. Bunun kimlər tərəfindən ediliyini, hansı maraqlara xidmət etdiyini bilmirəm. Çünki belə fikirlər yürütmək üçün çox tezdir. Amma Darya Duqinaya qarşı terror aktının törədilməsini birmənalı şəkildə qınayıram. Atanın əməllərinə görə övladı cavab verməməlidir. Yaxud hansısa bir şəxsi baxışları və açıqlamalarına görə terror aktı ilə məhv etmək olmaz. Ümumiyyətlə, terror aktı qınanılmalı əməldir. Duqinə olan münasibətdən asılı olmayaraq, bu akta haqq qazandırmaq yolverilməzdir. Məncə, kimliyindən asılı olmayaraq, bir atanın öz yeganə övladını itiriməsinə sevinmək yolverilməzdir.

- Bəs bir sıra keçmiş sovet ölkəsinə və Ukraynaya qarşı sərt xəttin tərəfdarı olan Duqinin Azərbaycana "yumşaq münasibəti" nədən irəli gələ bilər?

- Duqinin Azərbaycana qarşı münasibəti nə yumşaq, nə də sərtdir. Dediyim kimi, o, Rusiyanın maraqlarından çıxış edir. Onu maraqlandıran və bundan sonra da maraqlandıracaq bir məsələ də var: Rusiyanın daha da güclü və postsovet məkanında yeganə söz sahibi olmas, eləcə də bu coğrafiyada baş verən geosiyasi hadisələri öz nəzarətində saxlaması. Buna görə də "bu bizim dostumuzdur", "bu bizim düşmənimizdir" kimi yanaşmalardan uzaq durmalıyıq. Bu, çox sadəlövh və siyasətdə yolverilməz yanaşmadır. Siyasət çoxqütblü, geosiyasət isə ondan daha çox incə məsələdir.

Bizim dostlarımız bəllidir. Həmin dostlarımız 44 günlük müharibədə Azərbaycana verdikləri diplomatik və mənəvi dəstəklə öz mövqelərini ortaya qoydular. Yerdə qalan dövlətlərlə isə məsafəli davranmalıyıq. Şauqli yox, üfüqü münasibətlərdə olmalıyıq. Bizim üçün əsas məsələ kiminsə bizdən xoşu gəlməsi, yaxud gəlməməsi olmamalıdır. Biz yalnız Azərbaycan dövlətinin maraqlarını təmin etməyə çalışmalıyıq. Əgər Azərbaycan dövlətinin maraqları tələb edirsə, danışıqlar aparmalıyıq, ünsiyyət qurmalıyıq, tərəfdaşlıq etməliyik. Yaxud kimsə öz Azərbaycan əleyhinə çıxış edirsə, biz də öz addımlarımızda bunu nəzərə almalıyıq. Siyasətdə dost və düşmən olmur. Bizim bir düşmənimiz var, o da bəllidir. Yerdə qalan dövlətlərlə də öz maraqlarımızı təmin etməyə yönəlmiş siyasət qurmalıyıq. Bunu da edirik.

Məsələn, bir neçə il əvvəl müdafiə diplomatiyası yürüdürdüksə, indi hücum diplomatiyasına üstünlük veririk. Buna görə də Duqin və digərləri ilə münasibət onların Azərbaycana münasibəti üzərindən qurulmalıdır. Bu, real siyasətdir, burada hansısa hislərə yer yoxdur. Hər şeyə soyuqqanlı və hesablanmış şəkildə yanaşmalıyıq.

- Ümumiyyətlə, biz öz maraqlarımızı müdafiə etməliyik, yoxsa ümumbəşəri dəyərləri?

- Azərbaycanın milli maraqları ilə ümumbəşəri dəyərlər arasında şərt qoyulmamalıdır. Ümumbəşəri dəyərlər çox sadədədir: insanın haqlarını pozmaq olmaz, suveren ölkələrin ərazilərini işğal etmək olmaz, pislik etmək olmaz və s. Əfsuslar olsun ki, Musa peyğəmbərin Sina dağında dediyi on bəndin yerinə yetirilməsi hələlik bəşəriyyətdə tələb edilməyib. Təəssüf ki, indiki dünya "kim güclüdürsə, o da haqlıdır" prinsipi ilə yaşayır. "Beynəlxalq hüquq" dediyimiz bu pastulatlar məcmusu göstərdi ki, o, bir çox hallarda işləmir. Buna görə də biz ilkin olaraq, Azərbaycanın siyasətində dövlətimizin, millətimizin, vətəndaşlarımızın maraqlarını ən ümdə məsələlər sayırıq və belə də davam edəcəyik. Çünki bu maraqlar həmin ümumbəşəri dəyərlərin özüdür.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-08-2022, 12:53

Sərkisyan: Daryanın ölümünə sevinirik - Video

Dünya

21-08-2022, 12:25

Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Dünya

23-08-2022, 17:42

Putinin danışmanını kimlər hədəfə alıb - Kremldə saraydaxili mübarizə, yoxsa...

Dünya

21-08-2022, 02:29

Rusiyalı tanınmış siyasətçinin qızının olduğu avtomobil partlayıb

Dünya

27-07-2022, 17:56

Putin Ramzan Kadırovu “Aleksandr Nevski” ordeni ilə təltif edib

Dünya

21-08-2022, 12:15

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırılır

Dünya

6-08-2022, 19:06

Məşhur rus raket alimi “dövlətə xəyanət" ittihamı ilə həbs edildi

Dünya

21-08-2022, 15:22

Aleksandr Nakoneçni ölü tapıldı

Cəmiyyət

24-08-2022, 16:10

Xankəndi küçələrində 100 metrlik Rusiya bayrağı ilə aksiya

Dünya

15-08-2022, 16:24

Rusiya bunu etsə, NATO Moskvaya girəcək

Dünya

2-09-2022, 17:04

Ekspert: Rusların sursatı bu tarixdə tam tükənəcək

Dünya

1-08-2022, 13:37

Lukaşenko Rusiyaya yeni səfir göndərdi

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Bu gün, 18:31
    "Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
  • Bu gün, 18:15
    Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
  • Bu gün, 18:07
    Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq
  • Bu gün, 17:43
    Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
  • Bu gün, 17:27
    “Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO
  • Bu gün, 16:57
    Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
  • Bu gün, 16:41
    Əmrullayevin elektron attestatı “işləmədi” - Nazirlik kağız sənədə qayıdır?
  • Bu gün, 15:59
    Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb
  • Bu gün, 15:05
    Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir
  • Bu gün, 14:55
    Xocəsəndə qanunsuz tikinti? - Sakinlərin yolu bağlanıb, sahibkar narazılıqlara məhəl qoymur
  • Bu gün, 14:14
    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
  • Bu gün, 14:00
    Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb
  • Bu gün, 13:40
    Sabah 37 dərəcə isti olacaq
  • Bu gün, 13:22
    Bu məscid və ziyarətgahlara işçi axtarılır
  • Bu gün, 13:18
    Qarabağa səfərdə “sürpriz dəyişiklik”: İctimai fəalların yerinə mollalar?
  • Bu gün, 12:56
    400 minlik dələduzluq iddiası: Zərərçəkmiş Prezidentə və Baş prokurora açıq müraciət etdi
  • Bu gün, 12:20
    Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH
  • Bu gün, 12:12
    Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi –Nə baş verdi?/FOTOFAKT
  • Bu gün, 11:45
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • Bu gün, 11:30
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Bu gün, 10:55
    Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
  • Bu gün, 10:48
    Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri alır
  • Bu gün, 10:32
    Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub
  • Bu gün, 10:13
    SOCAR AQŞ-də artıq işçilər boğaza yığılıb - İki aydır maaşlar verilmir....
  • Bu gün, 09:57
    Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
  • Dünən, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • Dünən, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • Dünən, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • Dünən, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • Dünən, 17:46
    İran İraq ərazisini vurdu
  • Dünən, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • Dünən, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
  • Dünən, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Dünən, 16:29
    Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə