Sizin reklam burada 728×90
Son dəqiqə

İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

24.08.2022 21:05 1 153 1 dəq oxunur
İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb
İran ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı bu gün axşam saatlarında alıb.

bakunews.az apa-ya istinadən bildirir ki, bu barədə İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.

O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az