Sizin reklam burada 728×90
Son dəqiqə

İran ərəbləri Azərbaycana dəstək verdi

28.01.2023 19:39 652 1 dəq oxunur
İran ərəbləri Azərbaycana dəstək verdi
Beynəlxalq ictimaiyyət molla rejiminin cinayətlərinin qarşısını almaq üçün lazimi addımları atmasa, daha böyük cinayətlərin şahidi olacağıq.

bakunews.az xəbər verir ki, bunu İran ərəblərinin Əhvaz Xalq Demokratik Cəbhəsinin sözçüsü Mənsur Əl-Əhvazi Azərbaycan səfirliyinə silahlı hücuma münasibət bildirərkən deyib.

O, İran hökumətinin xarici ölkə səfirliklərinə hücumlar təşkil etməkdə “böyük ənənəsi” olduğunu qeyd edib.

Azərbaycan səfirliyinə hücumu xüsusi vurğulayan partiya sözçüsü bu terror hadisəsinə görə beynəlxalq ictimaiyyət və təşkilatları Tehran rejiminə qarşı gərəkli addımlar görməyə çağırıb.//BUTA//
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az