• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

Siyasət

14-03-2023, 12:55

ABŞ-ın geniş oxucu kütləsinə malik populyar “Jewish News Syndicate” nəşrində “İran-Azərbaycan münasibətləri pisləşməkdə davam edəcəkmi?” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə bu günlərdə İran hərbi təyyarəsinin Azərbaycan hava məkanını pozması hadisəsinə qiymət verilib.
Qeyd olunub ki, sözügedən sərhəd pozuntusu İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, azərbaycanlılar üçün həssas ərazi olan Ermənistanın Qafan şəhərində konsulluq açması, Azərbaycanda casus şəbəkəsindən istifadə etməkdə təqsirli bilinməsi və ölkəmizin Tehrandakı səfirliyinə hücum təşkil edərək təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşının qətlə yetirilməsindən sonra baş verib. Müəllif bütün bunların Bakının İsrail Dövlətində səfirlik açdığını elan etməsindən sonra baş verdiyinə diqqət çəkərək, hadisələrin təsadüfi olmadığını diqqətə çatdırıb.
İsrailli politoloq İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı admiral Əlirza Təngsirinin “əl-Ələm” telekanalına verdiyi açıqlamadan da iqtibas gətirib: “Onlar sionistləri öz ölkələrinə gətirdikləri zaman biz ikiqat qisas alacağıq və İranın maraqlarına qarşı sui-qəsdlərin doğulduğu istənilən ərazini əzəcəyik. Bunlar, sadəcə, şüar deyil, əməli tədbirlərdir”. Müəllif hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum və bu yaxınlarda İran tərəfindən Azərbaycanın hava məkanının pozulması Azərbaycan-İran münasibətlərinin pisləşməsi ilə əlaqədar gözlənilən aysberqin görünən hissəsidir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın güclənməsi İranın Qafqazda zəifləməsinə səbəb olduğu üçün iki ölkə arasında münasibətlər pisləşib. İran elə bir vəziyyətlə üzləşib ki, daxili etiraz hərəkatını vəhşicəsinə repressiyaya məruz qoyduğu üçün beynəlxalq sanksiyalarla çarpışan molla rejiminin can damarı olan Ermənistanla sözün əsl mənasında əlaqəsi kəsilib. Belə bir vəziyyətdə Azərbaycanı özünün Naxçıvan anklavı ilə birləşdirəcək və İranın Ermənistanın böyük hissəsi ilə əlaqəsini kəsəcək Zəngəzur dəhlizinin inşasının ölkəmiz tərəfindən müzakirəyə çıxarılması Tehranda Azərbaycana qarşı düşmənçiliyi daha da alovlandırıb. Məsələ ilə əlaqədar İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahiana da istinad olunub: “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

Sabiq nazir bu qənaətdədir ki, qeyd olunanlarla yanaşı, İran əhalisinin 40%-ni öz ana dilində işləməyə, təhsil almağa can atdığı üçün davamlı repressiyalara məruz qalan, habelə iradələrinin əksinə olaraq zorla İranın bir hissəsi olmağa məcbur edilən etnik azərbaycanlıların təşkil etməsi və onların əksəriyyətinin İrandan ayrılaraq müstəqil Cənubi Azərbaycan yaratmaq istəyi nəzərə alınarsa, Bakı ilə Tehran arasında gərginliyin daha da artacağını gözləmək olar. Müəllif belə bir vəziyyətdə molla rejiminin özünün ölkədə etiraz hərəkatına səbəb olan səhvlərini etiraf etmək əvəzinə, sözügedən daxili iğtişaşları Azərbaycan və İsrail də daxil olmaqla xarici qüvvələrin üzərinə atmasını növbəti yanlışlıq adlandırıb: “Nə qədər ki, bu belədir, İran- Azərbaycan münasibətlərində geriləmə davam edəcək, cənubi azərbaycanlılar öz azadlıqlarını hər zamankındən daha çox enerji ilə tələb edəcək və təbii olaraq Bakı ilə Yerusəlim onlara öz milli müqəddəratını təyin etmək yolunda dəstək olacaq”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/opinion/will-iran-azerbaijan-tensions-continue-to-escalate/

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

8-04-2023, 01:33

İsrailli sabiq nazir Azərbaycanı anti-semitizmin olmadığı yeganə ölkə adlandırıb

Siyasət / Dünya

9-03-2023, 21:31

İsrailli sabiq nazir beynəlxalq ictimaiyyəti Qafqazda sülhü təşviq etməyə çağırıb - FOTO

Dünya

7-03-2023, 00:41

İsrailli sabiq nazir Azərbaycanın enerji hüquqları ilə həmrəyliyini ifadə edib

Siyasət

17-02-2023, 02:27

İsrailli sabiq nazir Avropa İttifaqının Ermənistana missiya göndərməsini yanlış addım adlandırıb

Dünya

31-03-2023, 21:46

İsrail mətbuatı İranın bölgədə artan təcavüzündən yazıb

Dünya

30-03-2023, 01:58

İsrail mətbuatı İslam Əməkdaşlıq Təşkilatının səfirliyimizə hücumla bağlı İrana çağırışından yazıb

Siyasət

26-07-2022, 14:27

İsrailli sabiq nazir Azərbaycan ərazilərində mina probleminin həlli yollarından yazıb

Gündəm

24-02-2023, 18:31

İsrailli sabiq nazir Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin açarı adlandırıb

Dünya

4-04-2023, 21:42

ABŞ mətbuatı Güney azərbaycanlıların Brüssel aksiyasından yazıb

Ölkə

9-05-2023, 18:43

Kanada mətbuatı Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin zəruriliyindən yazıb

Dünya

3-03-2023, 00:38

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

Dünya

10-03-2023, 20:16

Kanada mətbuatı Azərbaycan və İranda qadın hüquqlarını müqayisə edib

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Xəbər lenti
  • Dünən, 23:08
    “Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
  • Dünən, 19:00
    Rəhman Hacıyev: Mina problemi müharibələr bitəndən sonra da aktuallığını itirmir
  • Dünən, 18:30
    Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
  • Dünən, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
  • Dünən, 18:18
    “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
  • Dünən, 18:03
    Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 17:52
    Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
  • Dünən, 17:16
    Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
  • Dünən, 17:01
    Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
  • Dünən, 16:59
    Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
  • Dünən, 16:46
    Azərbaycanda vəkil cərimələndi
  • Dünən, 16:13
    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
  • Dünən, 16:01
    8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?
  • Dünən, 15:46
    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
  • Dünən, 15:28
    167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
  • Dünən, 15:06
    ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 14:59
    Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
  • Dünən, 14:26
    İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
  • Dünən, 14:16
    Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
  • Dünən, 13:59
    İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Dünən, 13:42
    Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…
  • Dünən, 13:26
    Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
  • Dünən, 12:41
    TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
  • Dünən, 12:24
    Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
  • Dünən, 11:48
    Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dünən, 11:21
    Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
  • Dünən, 11:11
    Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 10:41
    ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
  • Dünən, 10:29
    Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 09:59
    Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
  • Dünən, 09:53
    9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
  • Dünən, 09:30
    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
  • 1-09-2026, 19:00
    Ərdoğanla Putinin görüşü keçirilir
  • 1-09-2026, 18:32
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə