Sizin reklam burada 728×90
Son dəqiqə

Xəstə əməliyyat masasındaykən cərrahlar arasında dava düşdü

01.09.2022 19:31 554 1 dəq oxunur
Xəstə əməliyyat masasındaykən cərrahlar arasında dava düşdü
Rusiyada Kurqanda təcili tibbi yardım xəstəxanasında cərrah əməliyyat zamanı həmkarına neştər atıb və tibb bacılarını söyüb.


bakunews.az milli.az-a istinaden bildirir ki, hadisə barədə Ura.ru-ya səhiyyə sektorundakı mənbə məlumat verib.

Mənbə bildirib ki, rusiyalı həkimə intizam tənbehi verilib. Qeyd olunub ki, həmkarları əvvəllər də həkimin davranışından şikayət ediblər.

Cərrah başqa şəhərdən işə gəlib və kadr çatışmazlığı səbəbindən müsahibə olunmadan xəstəxanaya işə götürülüb, həmkarları məlimat verib.

Kurqan vilayətinin Səhiyyə departamenti bu məlumatı təkzib edib və cərrahın bütün prosedurlara riayət olunmaqla işə götürüldüyünü vurğulayıb. "Qəsdən və ya təsadüfən kiməsə ziyan vurması barədə məlumat təsdiqini tapmayıb", - deyə idarədən bildirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az