Amerika Birləşmiş Ştatlarının hərbi məqsədləri arasında Rusiyanın "de-imperializasiyası" da var.
bakunews.az report-a istinadən bildirir ki, bu fikri təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces tviter səhifəsində yazıb.
"Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın "de-imperializasiyasını" ehtiva etməlidir. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidiyik. Bunun üçün hazır olmalıyıq. Biz SSRİ-nin dağılmasına da hazır deyildik" general yazıb.
bakunews.az