Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdu

31.07.2022 10:26 741 1 dəq oxunur
Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdu
Ukrayna ordusu Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda yerləşən qərargahına zərbə endirib.

Zərbə nəticəsində beş nəfər xəsarət alıb. Rusiya tərəfi zərbənin pilotsuz uçuş aparatı ilə endirildiyini bildirib.

Donanma qərargahına endirilmiş zərbə ilə əlaqədar Rusiyanın Hərbi Dəniz Donanması Günü münasibətilə tədbirlər təxirə salınıb.

Qeyd edək ki, Rusiyada hər il iyul ayının sonuncu bazar günü Hərbi Dəniz Donanması Günü kimi qeyd olunur.

Mənbə: Unian.net
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az