Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna Donetskdə həbsxananı vurdu - 53 ölü, 75 yaralı

29.07.2022 16:00 640 1 dəq oxunur
Ukrayna Donetskdə həbsxananı vurdu - 53 ölü, 75 yaralı
“Ukrayna Silahlı Qüvvələri Donetskdə Volnovaxa şəhərində ukraynalı hərbi əsirlərin saxlanıldığı cəzaçəkmə koloniyasına raket zərbəsi endirib”.

bakunews.az tass-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Donetsk Xalq Respublikası”nın müdafiə qərargahı yayıb. 

Məlumata görə, zərbə nəticəsində 53 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb. 

Koloniyada ümumilikdə 193 nəfərin olduğu bildirilir. 

Ukrayna tərəfinin koloniyaya “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə zərbə endirdiyi iddia olunur.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az