Hacı Tahirin yasin biznesi, Azərbaycan bayrağına İmamzadədə hörmətsiz yanaşma... VİDEO
Gündəm / Cəmiyyət / Araşdırma
7-12-2023, 06:32
İlk öncə mövzumuza aid tarixi milli irsimizə aid məsələnin hansı şəhərdən hansı İmamzadədən getməsindən əvvəl sizi həmin dini memarlıq kompleksi ilə geniş tanış etmək istəyirəm.
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə Prezident İlham Əliyevin sərəncamı ilə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına büdcədən 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Sözün açacağımız mövsu məhs yuxarıda barəsində danışdığımız dini memarlıq kompleksi ilə bağlı olacaq. Bu dini inancların həyata keçirildiyi ziyarətlərə məskən olan İmamzadə Hacı Tahir adlı QMİ tərəfindən təyin edilən şəxs tərəfindən idarə edilir. Məslə burasındadır ki çox hadisələr olaylar bura ilə bağlı yetəri sayda şikayətlər daxil olur. Lakin Son günlər regionlarda Azərbaycan xalqının varlığın simvolizə edən Üçrəngli Bayrağa qarşı məmurların laqeyd yanaşmaları medianın gündəmindən düşmək bilmir. Bu trendə İmamzadənin Axundu Hacı Tahirdə qoşulub diyəsən. Əksini deyə biləcək heçnə tapa bilmədiyimizdən görüntülərdən gördüyümüzə amin deyə bildik. Bu dəfəki bayraq olayına isə Şəhid analarından şəhid övladlarına oxunan Quran üçün yığılan pullar məsələsidə daxil olub. Beləki, Gəncə şəhər İmamzadə də olan həmkarlarımız qəribə mənzərə ilə qarşılaşıb.
Hacı Tahir bütün gəncə şəhidlərinin portretini düzəltdirərək onları İmamzadənin içərisində vitrin yığdırıb. Bu vitrində şəkiləri olan şəhid yaxınları hər buranı ziyarət etdikdə isə Hacı Tahirin gəliridə çoxalır. Bunun necə olduğunun maraqlı tərəfləri isə Şəhid analarından belə övladları üçün oxunan yasinin hallalıq deyilən məsələsini ortalığa ataraq pulsuz xidmətin İmamzadədə haram olduğuna dəlalət etdiyini düşünsək yanılmarıq yəqin. İmamzadənin girişində qoyulan Yasin adlı masanın pul yığımına xidmət etdiyi isə gözlə görünəndi. İdarə və müəsisələrin girişində qəbul masasına bənzər masa, əlində qələm-kağız, kim kimə yasit oxutduracaq yazan biridə mütləq var. Masanın üzərinə az miqdarda vəsaitdə qoyulur ki gələnlər yasin oxutdurarkən mütləq bura pul qaoysun. Sifariş verən xidmət puludur ismarıcı verilir. Məsələ dildə istəməkdə deyil, könülü gələnlərin iman sahibləri Allahdan qorxduqları qul haqqından qaçdıqların düşünsək burda dildə qiymət deyilsədə etiraz edilməyəcəyi hamıya aydın məsələdir. Azərbaycan Respublikasınnın cinayət məcəlləsində və onun təfsirində geniş şəkildə buna rast gəlmək mümkündür ki, masa üzərində qoyulan pulun qanunsuz pul yığımına təşfiq hesab edilir ki buda cinayət tərkibi yaradır. Digər tərəfdən Konistitusiyada Azərbaycan Respublikasının tər bir idarə və müəssisələrində dövlət atributlarının qorunması və saxlanmalsı ilə bağlı normativlər nəzərə alınmışdır. Lakin Hacı Tahir İmamzadə Məscidində Azərbaycan bayrağını cırılmış halda asması və buna əhəmiyyət verməməsi artıq şəxsin qanunsuz əldə etdiyi gəlirdən rahat düşdüyünün əlamətidir. Şəxs çox rahat şəkildə burda mən bağdatda kor xəlifə misalı deyərək rəhbərlik etdiyi Allahın evini ticarət obyektinə və Millətin varlığını Qürurunu şərəf və ləyaqıtini təmsil edən Üçrəngli bayrağımıza qarşı laqeyd yanaşma sərgiləməkdədir. Gün ərzində ona bayrağın cırıq olmasını və Hacı Tahirlə görüşüb məsələni şəxsən özünə bildirmək istəyən jurnalistlə görüşməkdən qaçıb. Gecə saatlarında jurnalistə zəng edən Hacı sizə hörmət edərəm onu yayımlamayın deyə kimlərəsə ağız açdırıb. Bunlar isə bizim yayımıməz hazır olandan sonra xahişlər idiki artıq yayım getmişdiefirə. Odur ki xahiş oldu olmadı fərq etmir Bakunews.az daxil hər bir şikayət və sosial məsələlər dərhal işıqlandırılır.
Yazıda adları keçən şəxs və ya qurum səlahiyyətlilərinin mövqeyn dinləməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az