Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.