Hacıqabulda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.
Avtomobildə olan sərnişin Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Allahyarov Aydın Əmrah oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün ollmayıb.
Faktla bağlı araşdırma aparılır.