• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əli Əsədov 3 qərar imzaladı

Gündəm / Cəmiyyət

16-01-2024, 17:33

Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.

Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.

Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir.

***

Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək.

***

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısının digər qərarı ilə Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiqlənib.

Prezident İlham Əliyevin 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq kiçik və orta biznes evlərində xidmətlər göstərən dövlət orqanları (qurumları) Koordinasiya Qrupunun tərkibinin formalaşdırılması ilə əlaqədar Koordinasiya Qrupunda onları təmsil edəcək şəxslər barədə müvafiq məlumatları KOBİA-ya təqdim etməlidirlər.

Əsasnaməyə görə Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, kiçik və orta biznes evlərində (bundan sonra - KOB evləri) Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən kollegial orqandır. Qrup KOB evlərində xidmətlər göstərən dövlət orqanlarının (qurumlarının) həmin xidmətlər üzrə cavabdeh olan struktur bölmələrinin rəhbər şəxslərindən təşkil edilir.

Qərarın qəbulu ilə KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin həyata keçirilməsi və KOB evlərində təmsil olunmuş dövlət orqanının (qurumunun) nümayəndəsinin hərəkət və ya hərəkətsizliyi barədə sahibkarlıq subyektlərindən daxil olmuş şikayətlərə Koordinasiya Qrupunun iclaslarında operativ qaydada baxılması təmin ediləcək.

O cümlədən, Qərarın qəbulu ilə Koordinasiya Qrupunun fəaliyyəti çərçivəsində mikro, kiçik, orta sahibkarlığın inkişafı üçün prioritet sahələrin və dəstək metodlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təkliflərin hazırlanması, bu sahədə dəstək tədbirlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi (xidmətlərin və ya xidmətin hər hansı prosedurunun sadələşdirilməsi və ya ləğvi) ilə əlaqədar müzakirələrin aparılması, bu istiqamətdə tövsiyələrin hazırlanması həyata keçiriləcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

24-06-2022, 19:06

Prezident “Qida təhlükəsizliyi haqqında” qanunu təsdiqləyib

Cəmiyyət / Ölkə

5-09-2022, 13:36

Ərzaq qıtlığı real təhlükəyə çevrilir - Qoşqar Təhməzli

İqtisadiyyat

28-07-2022, 16:50

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyənləşdi (RƏSMİ)

Səhiyyə

15-08-2022, 13:00

Süd məhsulları sexində gigiyena normativləri pozulub

Sosial

9-01-2024, 12:21

Baş nazirdən qərar: bu rüsumlar müəyyənləşdi

Gündəm / Cəmiyyət

12-12-2023, 14:26

Azərbaycanda içki və tütün məhsullarına tələbat artıb

Gündəm / İqtisadiyyat

12-12-2023, 14:02

Ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb

Gündəm

3-11-2023, 10:08

Əli Əsədov Novruz Məmmədovun qərarını LƏĞV ETDİ

Siyasət

8-07-2022, 18:55

Əli Əsədov qərar imzaladı

Gündəm / Cəmiyyət

12-01-2024, 17:06

Azərbaycanda bu qayda dəyişdi - Yeni qərar

İqtisadiyyat / Sosial

20-09-2023, 18:56

“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb - FOTOLAR

Cəmiyyət

14-09-2023, 11:10

Hande Harmancı: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır”

Araşdırma
Keçmiş səfir Hüseyn Hüseynovun işi məhkəmədə araşdırılır - Katibəsi övladları üçün aliment tələb edir….
Masallıda yeni yaşayış kompleksinin icrası üçün vətəndaşlara niyə yalan vədlər verilir?
NAZİRƏ MÜRACİƏT: "Müəllimlər sinif otaqlarını öz vəsaiti ilə təmir etməyə məcbur edilir – İDDİA"
Şərurlu İsfəndiyar: "Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar"
Qazaxıstanın xarici işlər naziri saxlanıldı
Qədim Ədilovun məhkəməsi başladı: 17 zərərçəkənə milyonlarla manat zərər vurulub
Hadisə
Bu gün, 11:59
Bakıda vəzifəli şəxslərin həbsi tələb edildi
Dünən, 16:45
Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb
Dünən, 14:26
Paytaxtda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıb
12-09-2025, 18:04
Yasamalda külək binanın dam örtüyünü qoparıb - VİDEO
11-09-2025, 14:01
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı – FOTO
8-09-2025, 13:22
İzmirdə polis idarəsinə silahlı hücum edərək iki polisi qətlə yetirən şəxs ölüb - YENİLƏNİB
Xəbər lenti
  • Bu gün, 18:47
    ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
  • Bu gün, 18:40
    ABŞ Prezidenti: HƏMAS girovlardan canlı qalxan kimi istifadə edərsə, problemlərlə üzləşəcək
  • Bu gün, 18:26
    Sabah Pirallahı qəsəbəsində qaz kəsiləcək
  • Bu gün, 18:14
    20 milyonluq mülk uğrunda savaş: Ramiz Mehdiyev və Fərhad Əhmədov üz-üzə
  • Bu gün, 18:02
    BƏƏ Prezidenti: Azərbaycanla Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin davamını gözləyirik
  • Bu gün, 17:47
     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
  • Bu gün, 17:20
    Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan? - ŞƏRH
  • Bu gün, 16:28
    Sahil Babayevə Sahil Babayevdən şikayət:ƏƏSMN-in 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsi cinayətdir
  • Bu gün, 16:04
    Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
  • Bu gün, 15:50
    MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -TƏFƏRRÜAT
  • Bu gün, 15:00
    Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
  • Bu gün, 14:43
    Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... -
  • Bu gün, 14:29
    Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • Bu gün, 14:17
    Azərbaycan və BƏƏ prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
  • Bu gün, 13:59
    Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib
  • Bu gün, 12:47
    “Nərimanov rayonunun gizlədilən problemləri: Elgin Həbibullayevin uğursuz idarəçiliyi”
  • Bu gün, 12:34
    Prezident və Birinci xanım xalq artistinin vida mərasiminə əklil göndərdilər
  • Bu gün, 12:23
    Şirvanda korrupsiya yoxlaması - Həbslər ola bilər
  • Bu gün, 11:59
    Bakıda vəzifəli şəxslərin həbsi tələb edildi
  • Bu gün, 11:50
    Nərimanov Tibb Mərkəzinin rəhbəri Fazil Əhmədovun tender oyunu
  • Bu gün, 10:55
    Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının rəhbərliyində dəyişiklik
  • Bu gün, 10:50
    Çempionlar Liqasında əsas mərhələ başlayır - Bu gün 6 oyun var
  • Bu gün, 10:39
    Cəlilabadda ağacyeyənlər peyda olub?! -FOTOFAKT
  • Bu gün, 10:15
    Müəllimlərin maaşına əlavələr edilir - RƏSMİ
  • Bu gün, 09:53
    54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
  • Bu gün, 09:28
    Bakının iki rayonunda qaz olmayacaq
  • Bu gün, 09:20
    Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
  • Bu gün, 09:07
    "Qarabağ" üçün önəmli gün
  • Dünən, 19:23
    AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır -FOTOLAR
  • Dünən, 18:50
    Sahibə Qafarova: Çindən olan parlamentarilərlə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir
  • Dünən, 18:34
    Vəzifədə olanda Vəfa Allahverdiyevanın əməlləri araşdırılır
  • Dünən, 18:04
    Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 17:29
    Bolqarıstan Rusiyaya etiraz edib
  • Dünən, 17:16
    “Biz Bizə” restoranında müştərilərdən “card to card” hesab alınır?
  • Dünən, 16:45
    Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə