• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT

Gündəm / Siyasət

8-03-2024, 17:49

Bir müddət əvvəl Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın Ermənistana silahlar göndərdiyini bildirib. O, hansı silahların gətirildiyini açıqlamayıb.

Eyni zamanda İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Yerli mətbuatda yayılan məlumata görə, İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının keçdiyi görünüb. Avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistanın Aqarak gömrük-keçid məntəqəsinə, daha sonra Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.

Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə gizlədilmək üçün ört-basdır olunub, onun hərbi məqsəd daşıdığı gün kimi aydın olur.

Ermənistanın Fransadan zirehli texnikalar aldığı, Hindistandan artilleriya silahları sifariş etməsi barədə də xəbərlər yayılıb.

Eyni zamanda sosial şəbəkələrdə Ermənistanın Laçın istiqamətində Azərbaycana qarşı müharibəyə hazırlaşdığı ilə bağlı məlumatlar paylaşılıb.

Bəs həqiqətən də, Ermənistan Laçın istiqamətindən Azərbaycana hücum edə bilərmi? Əgər bu baş tutarsa, Azərbaycanın cavabı necə olacaq?

Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın Laçın istiqamətindən Azərbaycana hücum etmək üçün heç bir əsası yoxdur:

“Azərbaycana qarşı nəinki müharibə, hətta ən kiçik hərbi əməliyyatları keçirmək istəyən istənilən dövlət 100 ölçüb bir biçməlidir. Əvvəla onu demək lazımdır ki, Ermənistanın Laçın istiqamətindən Azərbaycana hücum etməsinin heç bir əsası yoxdur və ola da bilməz. Buna cürət etməsinlər. Yaddan çıxarmasınlar ki, bu dəfə belə bir şey olsa, cavab çox ciddi olacaq. Ona görə də belə fikirləşənlərin gərək 10 başı olsun. Dəfələrlə, bildirmişik ki, biz Qarabağ səhifəsini bağlamışıq və sülhün tərəfdarıyıq. Ermənistana da, beynəlxalq ictimaiyyətə də, Ermənistana havadarlıq edənlərə də mövqeyimiz aydındır. Əgər Ermənistandakı bəzi qüvvələr yenidən revanş barədə düşünürlərsə, onda gərək onların 10 başı olsun. Onlar 100 ölçüb bir biçməlidirlər ki, Azərbaycana qarşı hansısa hərbi əməliyyata başlasalar, bunun nəticəsi nə olacaq? Yenə də deyirəm ki, Dəmir Yumruq həmişə qüvvədədir və qüvvədə də qalacaq”.

Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT

Komitə sədri 8 kəndin Azərbaycana qaytarılması məsələsi barədə də danışıb:

“8 kəndin qaytarılması məsələsi gündəmdədir. Ermənistanın qarşısında 7-si Qazağın, 1-i Naxçıvanəın olmaqla işğal olunan kəndləri qaytarmaq öhdəliyi durur. Ermənistan qonşu ölkələrlə sülh istədiyini deyir. Lakin bu, hələlik ancaq söz kimi qalır. Biz isə konkret əməl gözləyirik. Bizim sülh şərtlərimizə onlar cavab verməlidirlər. Hər halda biz bunu gözləyirik. Görək, necə olacaq? Ermənistanın hələki düşünməyə vaxtı var. Əgər kəndlər qaytarılmasa, yenə deyirəm ki, Dəmir Yumruq həmişə onun üstündə qalacaq. Biz imkan verə bilmərik ki, bizim torpaqlarımız hansısa dövlətlərin işğalı altında qalsın. Bu mümkün olan məsələ deyil. Ancaq hər halda yenə deyirəm, Ermənistanın fikirləşməyə vaxtı var”.

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr var:

“Bu qüvvələr artıq özlərini ifşa ediblər. Azərbaycana qarşı qərəzli yanaşmalar, təzyiqlər, Ermənistanın sürətlə silahlandırılması buna sübutdur.Fransa, Yunanıstan və Hindistanın bu istiqamətdə Ermənsitanın müdafiəsində durması gərginliyə səbəb ola bilər. Çünki bütün bunlara arxalanan Ermənistanda revanş çağırışları getdikcə artmaqdadır. Hansısa münaqişənin olması, Ermənistanın müəyyən təxribatlar törətməsi heç bir zaman üçün istisna deyil. Sakitliyin hökm sürdüyü bir vaxtda bu yaxınlarda yenidən təxribat törədildi. Bu da bizim hərbçimizin yaralanması, sonra isə digər istiqamətlərdə atəşkəsin pozulması ilə nəticələndi. İndi isə Ermənistanda açıq-aşkar guya Azərbaycanın bu ölkəyə hücum edəcəyi ilə bağlı fikirlərin söylənməsi göstəririr ki, bu istiqamətdə hansısa işlər aparılır. Maraqlı qüvvələr açıq-aşkar aktivliyini göstərir. Məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmamasından istifadə edərək regionda maraqlarını təmin etmək naminə iki ölkə arasında münaqişənin alovlanmasına nail olmaqdır”.

Hərbi ekspert yeganə hədəfin Azərbaycan olmadığını söyləyib:

“Yenə də deyirəm, hədəf tək Azərbaycan yox, eyni zamanda regiondur. Təhlükəsizlik şəraiti yaratmaq adı ilə, guya, təhlükəsizliyə zəmanət vermək üçün regiona daxil olmayan qüvvələr bölgəyə təkliflər verəcək. Digər yandan, regiondan Rusiyanı çıxarmaq üçün Ermənistanda çox böyük oyunlar oynanılır. Belə olduğu halda Ukraynada olan vəziyyətin Ermənistanda da ola biləcəyi haqqında söhbətlər gəzir. Bütün bunlar təbii ki, Azərbaycan üçün təhlükə yaradan məsələlərdir. Ona görə ki, Azərbaycanla həmsərhəd olan Ermənistanda hər hansı proses getsə, regionda, eləcə də Azərbaycanda müəyyən təsirləri ola bilər. Ermənistanda Azərbaycan tərəfindən hücum olacağı ilə bağlı məlumatların yayılması hansısa təxribatların olacağından xəbər verir”.

Ş.Ramaldanov Azərbaycanın görəcəyi tədbirlərdən də bəhs edib:

“Təxribat olacağı halda Azərbaycanın hansı addımı atması ilə bağlı hesab edirəm ki, artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev cavab verib. Həm Laçında, həm də andiçmə mərasimində açıq-aşkar söylədi ki, əgər Ermənistandan ölkəmizə hər hansı təhlükə yaranarsa, öz təhlükəsizliyini təmin etmək üçün Azərbaycan cavab tədbirlərini görəcək. Cavab tədbirləri də Ermənistan tərəfindən atılacaq addım və təxribatlardan asılı olacaq. Düşünürəm ki, əvvəlkinə nisbətən gərginlik dərəcəsi artmaqdadır. Hər halda Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qorumağa qadirdir və hazırdır. Ermənistanın silahlandırılması məsələsi ciddi hadisədir. Bu, gələcəkdə Azərbaycana hər hansı bir təhlükə yaradarsa, beynəlxalq normalar çərçivəsində Azərbaycanın həmin silahları legitim hərbi hədəf sayaraq məhv etmək hüququ var”.(Modern)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

27-12-2023, 10:49

Ermənistan Hindistandan yeni silahlar almaq İSTƏYİR

Cəmiyyət / Olay

30-08-2023, 13:43

Culfa sərhəd-keçid məntəqəsinin öz "qanun" ları var....

Gündəm / Dünya

12-02-2024, 20:04

"Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

Gündəm / Dünya

22-02-2024, 15:09

Fransa Ermənistana silah göndərdi - Hərbçilərə təlim keçəcək

Dünya

8-08-2022, 18:14

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

Sosial

14-11-2023, 17:43

Erməni ekspert: Əhalinin ölkəni tərk etməsi ağır nəticələrə səbəb ola bilər

Gündəm / Siyasət

27-02-2024, 14:50

Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...

Cəmiyyət

20-07-2022, 19:19

Hərbçilərimiz rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

Gündəm

6-10-2023, 10:29

DSX rəisi Ermənistana xəbərdarlıq edib: “İstənilən təhdidin qarşısı qətiyyətlə alınacaq”

Dünya

9-08-2022, 12:18

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib

Dünya

27-10-2023, 12:27

KİV: Hindistan Ermənistana silah və sursat tədarükü imkanını nəzərdən keçirir

Gündəm / Hərbi

17-07-2023, 11:02

Azərbaycan diaspor təşkilatları Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıblar

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • Dünən, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • Dünən, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • Dünən, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • Dünən, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • Dünən, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dünən, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Dünən, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Dünən, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Dünən, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Dünən, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • 2-10-2026, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • 2-10-2026, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • 2-10-2026, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • 2-10-2026, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • 2-10-2026, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • 2-10-2026, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • 2-10-2026, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • 2-10-2026, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • 2-10-2026, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə