Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq

07.05.2024 21:06 339 1 dəq oxunur
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

O, rusların bu sosial şəbəkədə sistemli işə başladıqlarını, platformadan uğurla istifadə etdiklərini qeyd edib:

“Zelenskinin prezidentliyinin legitimliyini şübhə altına almaq və ukraynalıların mənəviyyatını sarsıtmaq üçün sosial şəbəkədən istifadəni genişləndirirlər”, - o deyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az