Sizin reklam burada 728×90
Son dəqiqə

Həmin güllədən sonra ilk dəfə səhnədə - Video

16.07.2024 10:29 549 1 dəq oxunur
Həmin güllədən sonra ilk dəfə səhnədə - Video
ABŞ-nin sabiq prezidenti Donald Tramp bir neçə gün əvvəl ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə görüntülənib.

Prezidentliyə namizəd Respublikaçılar partiyasının Viskonsin ştatında keçirilən qurultayında iştirak edib və burada səhnəyə çıxıb.

Bu, Trampın insidentdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olub. 

Onun sağ qulağının sarğıda olması diqqət çəkib. 

Qeyd edək ki, Respublikaçılar partiyası qurultay zamanı Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Onu da xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.


Həmin güllədən sonra ilk dəfə səhnədə - Video

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az