ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xaricdə çevrilişlərin hazırlanmasında iştirak etdiyini bildirib.
Bu barədə o, çərşənbə axşamı CNN-ə müsahibəsində 2021-ci ilin yanvarında Tramp tərəfdarlarının Kapitoliyə hücumunu şərh edərkən deyib.
“Burada (ABŞ-da) yox, başqa yerlərdə çevrilişlərin planlaşdırılmasına kömək edən biri kimi mən demək istəyirəm ki, bu, ədalətli işdir”, - deyə o qeyd edib.
“O, (Tramp) sadəcə olaraq bir ideyadan digərinə keçirdi və bu da nəticədə etirazçıların Kapitoli binasına soxulmalarına səbəb oldu”, - deyə Bolton əlavə edib.
Mənbə: TASS
bakunews.az