• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?

Gündəm / Cəmiyyət

6-08-2024, 11:42

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?


Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətindən mənzillər almış başıbəlalı 165 ailə bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də "Azərsu" ASC-nin əlində əsir-yesir qalıb. Belə ki, sakinlərin öz gücünə və dövlət orqanlarının dəstəyi hesabına araya-ərsəyə gəlmiş həmin binanın işıq, qaz və digər infrastrukturu qurulmuş olsa da, su təminatında sözün əsl mənasında bir Yezid qədər qəddarlıqla üzləşməkdədirlər. Sakinlərin dəfələrlə etdiyi müraciətlərə, I Vitse-Prezidentin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olsalar da, bu qurumlardan "Azərsu" ASC-yə verilən tapşırıqlar icra olunmur. Ona görə də geridə qalan həftənin sonu "Sahil - S İnşaat" şirkətindən mənzil alanlar binanın önünə toplaşaraq öz şikayətlərini əraziyə gələn jurnalistlər vasitəsi ilə çatdırıblar. Sakinlər qeyd ediblər ki, dövlət və ordu 44 günə torpaqları azad etdi, amma "Azərsu" 1 ilə su problemini həll etmədi. Sakinlərin sözlərinə görə, I Vitse-Prezidentliyin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olublar, dövlətin diqqəti və göstərişi əsasında "Azərişıq" ASC və "Azəriqaz" QSC mənzilləri qaz və işıq sayğacları ilə təmin edib, eləcə də ölkə rəhbərliyinin dəstəyi nəticəsində və sakinlərin öz maliyyə imkanları daxilində binanın yarımçıq qalan, işləri başa çatıb, amma "Azərsu" ASC əməlli-başlı dövlətin ali orqanlarına meydan oxumaqdadır: "Biz dəfələrlə müraciət etdik, adını qeyd etdiyimiz orqanlar "Azərsu" qarşısında məsələ qaldırdılar, yazılı surətdə quruma tapşırıq verdilər ki, sakinlərin problemi həll olunsun. Sonra "Azərsu" bizdən həmin qurumların tapşırıqlarını təsdiqləyən məktubları istədi, onları da verdik. Sonra deyildi ki, binanın həyətində hovuz tikilməlidir, öz gücümə pul yığıb 100 min manata başa gələn bu işi də etdik ki, əlavə bəhanə qalmasın. Axırda heç bir bəhanə tapa bilmədilər və dedilər ki, indi də texniki şərtin müqavilə müddəti başa çatıb. Halbuki onların ucbatından, məsələni yubatmaqlarına görə texniki şərtin müqavilə müddəti bitib. İndi biz də deyirik ki, texniki şərt üçün yeni müqavilə bağlansın, sayğaclar qoyulsun, hovuz da, tikmişik, ölkə rəhbərliyinin də diqqətində olan bir binadır, bununla belə yenə də "Azərsu" heç bir tədbir görmür".
Sakinlərin sözlərinə görə, "Azərsu" ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildikdən sonra sözügedən qurumun rəhbəri Zaur Mikayılova da müraciət edilib, ancaq 165 ailənin su probleminə laqeyd yanaşırlar: "Necə olur ki, işıq, qaz məsələləri dərhal həllini tapır, su kimi vacib bir tələbatın ödənilməsi üçün bu qurum tükünü tərpətmir? Bəs, biz dərdimizi kimə deyək? Su problemini" Azərsu" ASC həll etmirsə, hansı qurum bu işi görməlidir? "Azərsu" nə üçün fəaliyyət göstərir? Heç bir ciddi səbəb və əsas olmadan bir ildir ki, sakinlərə zülm olunur. Üstəlik, I Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqəti, göstərişi var, "Azərsu" ona da saymazlıq edir. "Azərsu” hər gün milyonlarla fərdi evlərdən və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki, pul “Azərsu”nun gözünü necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər".
Sakinlər şikayətlərini çatdırmaqla yanaşı, ümid edirlər ki, ölkə rəhbərliyi onların davamlı olaraq ünvanlanan bu müraciətinə reaksiya verərək, "Azərsu" qarşısında konkret tələblər qoyacaq. Sakinlər bu dəfə bina önündə toplaşdıqlarını, əgər vəziyyət belə davam edərsə, növbəti dəfə PA qarşısına yığışacaqlarını bildiriblər.
Anaxeber.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-04-2024, 13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Cəmiyyət

15-08-2022, 12:06

Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

Gündəm / Ölkə

25-01-2024, 09:40

Söyüş söyən tutuquşular: Böyük Britaniyada zoopark əməkdaşları əsir-yesir qalıblar...

Bölgə / Olay

12-10-2023, 11:50

Biləsuvar Rayon İcra Hakimiyyəti hazırda vergi borcu olan şirkətlə müqavilə bağladı

Bölgə / Olay

13-07-2023, 10:26

Astaranın icra başçısı haralardadır ki? - VİDEO

Cəmiyyət / Bölgə

27-07-2023, 20:21

Seymur Orucovun nümayəndəliyi bu şirkəti tenderdə qalib seçdi

İqtisadiyyat

15-08-2022, 16:51

“Reklam və yalançı vədlərlə aldadıldıq” - Xırdalandakı yeni binadan şikayət

Hadisə

22-07-2022, 18:05

Sabunçuda sakinlər susuz qalıb

Hadisə

9-07-2024, 09:54

Gecəki yanğında 24-ü uşaq olmaqla, 60 nəfər təxliyə olundu

Gündəm / Cəmiyyət

9-07-2024, 10:39

Binaların altı satılır, sakinlərin həyatı RİSQ ALTINDA... - BU NƏDİ BELƏ?!

Sosial / Olay

27-09-2023, 10:08

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin bu İdarəsi Talıbovların keçmiş şitkəti ilə müqavilə imzalayıb

İqtisadiyyat

8-08-2022, 12:52

Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manat xərclənəcək

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Dünən, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Dünən, 12:53
“Rent a car” rəhbəri TUTULDU
Dünən, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Xəbər lenti
  • Bu gün, 19:00
    Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
  • Bu gün, 18:30
    Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
  • Bu gün, 18:00
    "Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
  • Bu gün, 17:30
    Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
  • Bu gün, 17:00
    Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər
  • Bu gün, 16:31
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
  • Bu gün, 16:21
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Bu gün, 15:59
    AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
  • Bu gün, 15:31
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • Bu gün, 15:20
    Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:50
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • Bu gün, 14:13
    Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
  • Bu gün, 13:31
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • Bu gün, 13:24
    Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
  • Bu gün, 12:45
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Bu gün, 12:36
    “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
  • Bu gün, 11:51
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • Bu gün, 11:45
    ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
  • Bu gün, 09:23
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • Dünən, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • Dünən, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • Dünən, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • Dünən, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • Dünən, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • Dünən, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • Dünən, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • Dünən, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • Dünən, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • Dünən, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • Dünən, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • Dünən, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • Dünən, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • Dünən, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə