• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Naxçıvan necə idarə olunur: Azərbaycan, “canişinlik”, yoxsa cəngəllik qanunları ilə?

Gündəm / Cəmiyyət

9-09-2024, 10:34

Türkiyənin məşhur iş adamlarından mərhum Vəhbi Koçun işçilərin xüsusiyyətləri barədə çox maraqlı tezisləri vardı. Onlardan biri də belədir: "Yaxşı işçilər seç, yaxşı maaş ver. Çünki pis işçilər sənə çox baha başa gələr".

İddialara görə, Vəhbi Koç qışlıq evindən yazlıq evinə köçərkən özüylə dondurucunu da aparmaq istəyib. Amma holdinqə yeni təyin etdiyi müdiri buna mane olur. Yazlıq evinə yeni dondurucu alındığını eşidən Vəhbi Koç müdirə zəng edib, onu bərk danlayır:

-Sən kimsən ki, mənim ailə məsələlərimə burun soxursan? Sənin işin şirkətimi idarə etməkdir, məişət işlərimə qarışmaq deyil.

Müdir telefonda Vəhbi Koça cavab verir ki, əfəndim, sizin dondurucunu qışlıq evindən yaylıq evinə apardığınız xəbəri aləmə yayılsa, biz başqalarına necə “yaylıq evinizə yeni əşyalar alın deyə” bilərik. Vəhbi Koç müdirinin bu iradı ilə razılaşır və ondan üzr istəyərək həmin məşhur sözünü deyir.

Vəhbi Koç “yaxşı işçi” arayışında o qədər prinsipial olur ki, hətta gəlinini belə öz yanında işə götürmür. Ona “nə qədər istəyirsən pul verim, özünə yeni iş yeri aç” təklifində bulunur. Həqiqətən də bu vədinə əməl edir və gəlininə bacardığı sahədə gözəl bir iş yeri açır.

Vəhbi Koç gəlininə belə öz yanında iş verməməsinin səbəbi qurduğu təsərrüfata can yandırması ilə bağlı idi və məhz bu prinsiplərin sayəsində Türkiyənin ən böyük holdinqini qura bilmişdi.

Azərbaycanda isə hansı məmur hara təyin olunursa, dərhal ətrafına qohum əqrəbalarını toplayır. Çünki dövləti özününkü kimi görmür, onun malına oğurluq əmtəə kimi baxır. Elə bu səbəbdən də ölkəmizdə korrupsiya, rüşvətxorluq baş alıb gedir, dövlətin imkanları zəiflədikcə, dövlətdən daha varlı məmurlar çoxalır. Bunun ən bariz nümunələrindən biri də hazırda Naxçıvan Muxtar Respublikasında yaşanır.

Məlum olduğu kimi, Naxçıvanın çiçəyi burnunda bir Baş naziri var – Ceyhun Cəlilov. 2024-cü ilin 25 aprelində indiki vəzifəsinə təyin olunan Ceyhun Cəlilov bundan əvvəl Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. O, cəmi 1 il, 1 ay 10 gün keçmiş vəzifəsini icra edib: 15 mart 2023-ci il tarixindən – 25 aprel 2024-ci il tarixinə qədər. Yəni başqa ifadə ilə desək – 405 gün. Bəs bu 405 gün içərisində kimləri işə götürüb?

Naxçıvandakı mənbəmizdən bu barədə aldığımız məlumatları olduğu kimi nəzərinizə çatdırırıq.
“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işlədiyi dövrdə tabeçiliyində olan qurumlara təyin etdiyi məmurların siyahısı:

Rəşad İbrahimov – DSMF-də hüquq və kadrlar şöbəsinin müdiri. Ceyhun Cəlilovun bacısının qayınıdır;

Elmar (familiyası göstərilmir) – DSMF-nin baş mütəxəssisi. Ceyhun Cəlilovun öz qayınıdır;

Ülvi Hüseynov – DSMF-nin baş mütəxəssisi. Ceyhun Cəlilovun bibisi nəvəsidir. Vəzifəsinin balaca olmasına baxmayın. Mənbəmizin iddiasına görə, onu “Dost” mərkəzinə şöbə müdiri vəzifəsinə hazırlayırlar;

Ülvininin qardaşı Rafət Hüseynov - DSMF-nin Şahbuz rayon şöbəsində aparıcı mütəxəssis;

Əhəd (familiyasını dəqiqləşdirə bilmədik) – qohumudur. DSMF-də referent, keçmiş polis zabiti;

Nəsimi Kazımov – kəndlisi, məhəllə uşağıdır. Keçmiş polis zabiti, Ahıllar Evinin direktoru;

Atabəy Məmmədli - yoldaşının xalası oğlu, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri;

Fəxrəddin Bağırov – qohumudur. Mənbəmizin bildirdiyinə görə, o, Atabəy Məmmədlinin atasıdır. Familiyalarının fərqli olması Atabəyin öz ana babasının soyadını qəbul etməsindən qaynaqlanır. Fariz Bağırov Şahbuz rayon məşğulluq mərkəzinin direktoru işləyir.

Fariz - yaxın qonşusu, indiyə qədər heç bir dövlət və özəl təşkilatlarda çalışmayan taksi sürücüsü idi. İndi isə Dövlət Məşğulluq Agentliyində baş mütəxəssis;

Həsən - xalası nəvəsi, Sosial Xidmətlər Agentliyində sektor müdiri,

Şahbaz - kəndçisidir. Naxçıvan regional peşə tədris mərkəzinin direktoru.

Daha onlarla adını bilmədiyim yaxınları, qohumları.

Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və onun tabeli qurumlarının hamısı, demək olar ki, Ceyhun Cəlilovun yaxınları və qohunları tərəfindən işğal olunub. Heç bir aidiyyatı qurum isə bu kadr seçiminə nəzarət etmir.

“Dost” mərkəzinə rəhbər gətirmək istədiyi Hikmət İsmayılov dövlət vəsaitini talayan adam olub. Atasına həm Naxçıvandan pensiya təyin etdirib, həm də Bakıdan. Atasının pensiyasının dayandılması ilə bağlı Bakıdan gələn məktubu cırıb zibil qutusuna atan adamı nədən yüksəldirlər, mənə çatmır.

DSMF-nin keçmiş sədri Rasim Bağırov onu və DSMF-nin indiki sədri Elməddin Qəribovu korrupsiya üstündə işdən azad etmişdi, nədənsə Ceyhun Cəlilov bu şəxsləri yenidən yüksək vəzifəyə gətirir. Aidiyyatı qurumlar araşdırsalar, inanın, nazirliyin və tabeli qurumlarının işçilərinin ən azı 50%-nin eyni rayondan olduğunu görəcəklər. O rayondan ki, əhalisinin ümumi sayı bir kənd qədər yoxdur. Səmimi deyim ki, Vasif Talıbovun vaxtında heç bir nazir bu qədər özbaşınalıq, tayfabazlıq edə bilməzdi. Naxçıvanı qurtarın bu mafiyozların əlindən!”

Sitatın sonu.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi yaxın qohumların bir yerdə işləməsini tamamilə qadağan edir. “Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində bu barədə konkret müddəalar var. Həmin maddəni olduğu kimi təqdim edirik:

“7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə, həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər”.

Dərd burasındadır ki, Ceyhun Cəlilov indi Muxtar Respublikanın Baş naziridir. Prinsipcə, artıq bütün nazirliklər onun tabeçiliyindədir. Belə çıxır ki, məsələyə qanuna müvafiq qaydada yanaşsaq, onun vaxtilə MR Əmək və Əhalinin Sosial Müdafə Nazirliyinə yerləşdirdiyi özünün və həyat yoldaşının bütün qohumları, kəndliləri hökumət qurumlarında işləyə bilməzlər. Əlbəttə ki, bu qanun Azərbaycanın digər rayonları üçün keçərlidir. Naxçıvan isə Muxtar Respublikadır və orada vaxtilə “xan”, indisa onun hüquqi törəməsi olan “canişin qanunları” keçir.

Teref.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Olay

13-10-2023, 10:03

Dövlətdən milyonlar oğurlayan MÜHAFİZƏ ŞİRKƏTLƏRİ KİMİNDİR? - FOTO

Gündəm / Səhiyyə

23-11-2023, 10:12

Beyləqan xəstəxanasına təyin olunan yeni direktor Nurəngiz Bəşirovaya qarşı – Bayram Muradovla Mətanət Qarayeva “him-cim”lə ev yıxırlar…

Dünya

18-07-2022, 06:59

Ermənistanın sabiq prezidentinin evinə bomba qoyulması xəbəri yayılıb

Şou-biznes

6-09-2022, 13:51

“Dilarə evində qalmırdı, Oqtay işə gedən kimi bizə gəlirdi...”

Dünya

31-07-2022, 15:18

Məşhur iş adamının evinə mərmi düşdü

Cəmiyyət

26-08-2023, 13:51

Neftçalada başçının sürücüsü də oliqarxdır - SENSASİON İDDİA

Video / Sosial

29-01-2023, 21:01

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə (VİDEO)

İdman

7-09-2023, 20:03

Fransız futbolçunun Ərdoğan barədə dedikləri gündəm oldu

Dünya

13-08-2022, 18:09

SENSASİYA! Gizli sənədlər, ələ keçirilən xəzinə - Tramp məxfi nüvə məlumatlarına sahibdir?

Dünya

11-08-2022, 17:54

Rusiyalı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata saldı

Cəmiyyət / Bölgə

16-07-2023, 19:53

Yoldaş Təhməzovun Qubadakı qoçuları...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
3-08-2026, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
3-08-2026, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
2-08-2026, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
Xəbər lenti
  • Bu gün, 14:16
    Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib
  • Bu gün, 14:03
    Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR
  • Bu gün, 13:31
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 13:17
    “Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
  • Bu gün, 12:46
    Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
  • Bu gün, 12:36
    Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... -FOTOLAR
  • Bu gün, 12:07
    Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib
  • Bu gün, 11:51
    Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
  • Bu gün, 11:07
    Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib
  • Bu gün, 10:49
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Bu gün, 10:24
    Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 10:15
    Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir - VİDEO
  • Bu gün, 10:00
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • Bu gün, 09:38
    İcra başçısı niyə yalan danışır? – Fotolar
  • Bu gün, 09:19
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
  • Dünən, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Dünən, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Dünən, 18:23
    Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
  • Dünən, 18:02
    TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • Dünən, 17:37
    Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
  • Dünən, 17:21
    İspaniyaya 72 min qanunsuz miqrant keçib
  • Dünən, 17:08
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Dünən, 16:54
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Dünən, 16:34
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Dünən, 16:18
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
  • Dünən, 15:40
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Dünən, 15:22
    TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq
  • Dünən, 15:03
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Dünən, 14:56
    Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
  • Dünən, 14:29
    Culfaya yeni icra başçısı təyin edilib
  • Dünən, 14:10
    "Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • Dünən, 13:51
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 13:29
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Dünən, 13:13
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Dünən, 13:05
    1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə