• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İSMAYILLIDA NƏ BAŞ VERİR- ARAŞDIRMA

Gündəm / Cəmiyyət

25-09-2024, 10:59

Başı fermerlə məhkəmə intriqalarına qarışan başçı Nahid Bağırovun ətrafı həbs edilib, Baş Prokurorluğun xüsusi istintaq qrupu yoxlamalara başlayıb...

...Ölkənin media qurumlarının yaydığı məlumatlara istinad etsək, bəlli olur ki, İsmayıllı şəhərinin icra nümayəndəsi Əlişir Süleymanovun və rayonun Diyalı bələdiyyə sədri vəzifəsini icra edən sədr müavini Cahangir Surxayevin saxlanılması Nahid Bağırovun karyerası üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən məlumatlardan bəlli olurdu ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sitat: “...İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Doğrudanmı Nahid Bağırovun xəbəri olmayıb ki, İsmayıllı RİH Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi nə işlərlə məşğul idi???

Qeyd edək ki, hər iki vəzifəli şəxs barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

...Nahid Bağırova gəlincə, İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib. Bir neçə ay sonra "restoran qalmaqalı" ilə gündəmə gəldi. Amma onun cavan və təcrübəsiz olması nəzərə alınaraq çox da dərinə gedilmədi, yalnız günahını Prezident İlham Əliyev sərəncamı ilə verilən töhmətlə yumalı oldu... Və Sərəncamda deyilirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.

***

...Nahid Bağırov 5 ildir İsmayıllıya başçılıq edir. Bəs bu illər ərzində onun başçılığı nə ilə yadda qalıb? Yadda qalan məsələlər var. İkisini biz bilirik: biri odur ki, 5 ildir İsmayıllıda taxıl əkini ilə məşğul olan əliqabarlı fermer Teyyub Abdullayevlə məhkəmə intriqalarındadır! İkincisi isə, adamın İsmayıllı kimi bir rayona heyifi gəlir, o da odur ki, iki həftə əvvəl Nahid Bağırovun ətrafı həbs edildi!!!


Bəli, görünən odur ki, Nahid Bağırov ötən 5 il ərzində töhmət Sərəncamından da nəticə çıxarmadı, heç bir təcrübə toplaya bilmədi... Amma başqa sahədə, yuxarıda qeyd etdik, yaxşı “təcrübə” yığıb. Məsələn, İsmayıllıda ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə dəstək vermək, əl tutmaq əvəzinə, onların ayağından ikiəlli dartmaqla məşğuldur.

Yeri gəlmişkən, Şəki İnzibati Məhkəməsi Nahid Bağırovun barəsində sensasion qərar qəbul etdi və başçının fermer T.Abdullayevin taxıl əkini sahəsini əlindən alıb başqasına vermək Sərəncamını özünə də ləğv etdirdi! Bu, əslində, başçı səviyyəsində qazdığın çalanı özünə də doldurtmaq demək idi.

Keçmişə qısa ekskursiya edək: Şəki İnzibati Məhkəməsi elə məhkəmənin hazırlıq iclasındaca Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin etdi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi! Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmişdi.

İsmayıllı RİH başçısı Nahid Bağırov isə hesab edirdi ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən “örüş” məqsədli olsa da, “əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub...

Bəs fermer qanunu nədə pozmuşdur?

T.Abdullayevin “günahı” və “qanun pozuntusu” ondan ibarət imiş ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib. Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə “Kənd təsərrüfatı məhsulları istehsalı”ndan ötrü verilib... Dedik axı, İsmayılının gənc və cavan icra başçısı Nahid Hacıyev hələ təcrübəsizdir, ona görə də həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır.

Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün??? Bunu öyrənmək doğrudanmı çətin idi.

İcra başçısının müavini Mahmud Süleymanov gənc və təcrübəsiz Nahid Bağırovu necə aldadıbmış???

T.Abddulyev hələ o vaxt məhkəmədə hakimə görün nə demişdi: “Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz, yəni pul verməlisiniz... Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul idim. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə... şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobilimi də vermişəm...

Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir... Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, baş üstə, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər. 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüseynova zəng etdim ki, siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm. Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir... Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib”.

***

...Bunları niyə xatırlatdıq: İsmayıllının icra başçısı Nahid Bağırov gənc və təcrübəsiz olduğundan 4-cü dəfədir fermer Teyyub Abdullayevin 22 ildir buğda əkdiyi və 28 illik icarəsində olduğu əkin sahəsində yaratdığı problemləri məhkəmədə çözülür. Məhkəməni 4 dəfədir fermerə uduzan icra başçısı gərək sakitcə səhvini analiz edə... Amma o səhvlərindən nəticə çıxarmaq fikrində deyil. Çünki, açıq deyirik, vəzifədə yerində deyil! Olsaydı, Prezident İlham Əliyevin tövsiyyəsi ilə dövlətdən bir manat belə maddi kömək almadan dəmyə buğda əkən fermerə neçə ildir badalaq vurmazdı. Hansı ki, bu badalaq dövlətimizin ərzaq təhlükəsizliyinə vurulur... Təkcə son 2 il yarımda 6 dəfə məhkəmədə müxtəlif yerli sakinlərə uduzan icra başçısının İsmayıllıda nə etmək istədiyi bəlli deyil. Amma bəlli olan budur ki, hazırda İsmayıllıda bələdiyyə seçkilərinə hazırlıq gedir. O isə ətrafını yığıb tapşırır ki, siyahı gətirin görək kimləri bələdiyyələrə təyin edə bilirik...

Gülməlidir! Deyəsən, gənc və təcrübəsiz başçının ətrafındakıların iki həftə əvvəlki həbsindən də xəbəri yoxdur...

Mövzuya qayıdacağıq!

“Təzadlar”ın

Araşdırma Qrupu

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

5-09-2024, 13:46

İsmayıllıdakı əməliyyatla bağlı detallar açıqlandı - Rəsmi

Gündəm / Cəmiyyət

5-09-2024, 17:53

Nahid Bağırovun karyerası TƏHLÜKƏDƏ - İcra başçısı vəzifəsini itirə bilər?

Dünya

6-09-2024, 09:45

Bəs, Nahid Bağırov niyə həbs edilmədi? - Həbs olunan Əlişir Süleymanovun kirli zabit "şərəfi..."

Sosial / Olay

31-10-2023, 09:58

İcra başçısı Baş Prokurorluğun ittiham irəli sürdüyü məmura yeni vəzifə verib - Şirvanda şübhəli tender

Gündəm / Cəmiyyət

1-07-2023, 13:34

Sel fəlakətindən sonra İsmayıllıda vəziyyət necədir? - AÇIQLAMA

Gündəm / Siyasət

10-07-2024, 18:08

III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı

Cəmiyyət

11-07-2024, 16:19

Prokurorluq sistemində YENİ TƏYİNATLAR - ƏMR

Cəmiyyət

16-08-2022, 11:45

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Hadisə / Bölgə

15-08-2022, 11:04

Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib

Bölgə / Olay

29-08-2023, 10:39

Gənc başçı bir tenderi başa çatdıra bilmir... - İLGİNC FAKT

Cəmiyyət / Olay

11-09-2023, 11:04

Nahid Bağırov İsmayıllını NECƏ QARIŞDIRIR? VİDEO

Siyasət

16-07-2022, 18:33

İcra başçısı: “İsmayıllı Velosiped Zavodunda əlil arabaları istehsal ediləcək"

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Bu gün, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Bu gün, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Bu gün, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Bu gün, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Bu gün, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Bu gün, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Bu gün, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Bu gün, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Bu gün, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Bu gün, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Bu gün, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Bu gün, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Bu gün, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Bu gün, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Bu gün, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Bu gün, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Bu gün, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Bu gün, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Bu gün, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Bu gün, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Bu gün, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Bu gün, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Bu gün, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Bu gün, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Bu gün, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Bu gün, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Bu gün, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Bu gün, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Bu gün, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Bu gün, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Dünən, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Dünən, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə