Sizin reklam burada 728×90
Son dəqiqə

SOCAR Geofizika və Geologiya idarəsində təhlükəli qanunsuzluqlar - Partlayıcı maddələr olan anbara

28.09.2024 10:42 324 1 dəq oxunur
SOCAR Geofizika və Geologiya idarəsində təhlükəli qanunsuzluqlar - Partlayıcı maddələr olan anbara
Aşağıda qeyd olunan təsdiqini tapdığı halda işəgötürən;
İnzibati Xətalar Məcəlləsi Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə
-Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

SOCAR Geofizika və Geologiya idarəsindən yazdılar:

SOCAR Geofizika və Geologiya idarəsinin rəhbərliyi gecənin bu vaxtı 15 günlük ev istirahətində olan işçiləri hədə qorxu mesajları (əlavə olunub) ilə məcburi işləməyə çağırış edirlər. Həm də heç bir nəqliyyat vasitəsi ilə təmin etmədən Güzdəyə getmələrini tələb edirlər.Qanunla əmr verilməlidir və həmin işçilərin əlavə işə cəlb edilmələri barədə gün yazılmalıdır.
Partlayıcı maddələr olan anbara vahid partlayıcı vəsiqəsi olan işçilər daxil ola bilər.Bu vaxtı bir hadisə baş versə kim cavabdehlik daşıyır? Sizcə qanuna uyğundurmu istirahət günündə işçini işə cəlb etmək?
Geofizika və geologiya İdarəsinin 1 ci müavini Mansurov Sərvan, bölüm rəisi Mahmudov Əziz, Neft Daşları ekspedisiyasının rəisi Məmmədov Bəxşeyişin bu qanunsuz əməlini görmürlər?
Mirvari Gahramanli
TEREF
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az