Sizin reklam burada 728×90
Son dəqiqə

“Qarabağ”ın oyununa bu qədər bilet satıldı

28.11.2024 18:56 350 1 dəq oxunur
“Qarabağ”ın oyununa bu qədər bilet satıldı
Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun bu gün keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də start götürəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az