Sizin reklam burada 728×90
Son dəqiqə

TANAP-la daşınan qazın həcmi AÇIQLANDI

06.01.2025 12:39 322 1 dəq oxunur
TANAP-la daşınan qazın həcmi AÇIQLANDI
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istismara verilən gündən 01 yanvar 2025-ci il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.

Bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov "SOCAR Türkiye"nin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, TANAP-la nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bunun da 30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az