Sizin reklam burada 728×90
Son dəqiqə

Paşinyan: Ermənistan sülh gündəliyinə sadiqdir

01.04.2025 18:50 438 1 dəq oxunur
Paşinyan: Ermənistan sülh gündəliyinə sadiqdir
Ermənistanın baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.

Onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.

Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Öz növbəsində, F. İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az