• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma

Gündəm / Cəmiyyət

24-06-2025, 11:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 25.04.2025-ci il tarixində “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (Baş plan və Sahədaxili kommunikasiyalar)” işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə “Region Mühəndislik” MMC qalib elan olunmuş və həmin şirkətlə 4 204 814,71 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 20.06.2025-ci il tarixində başlayır və 25.06.2025-ci il tarixində gün sonu bitir. Məlumat satınalmaların portalında 19.06.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə “Region Mühəndislik” MMC arasında bağlanan ilk müqavilə deyil. Meşələrin İnkişafı Xidməti ötən il “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (İstinad divarları – dəyişiklik edilmiş layihə)” üzrə işlərin satın alınması üzrə “Region Mühəndislik” MMC ilə 388.258,48 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin işbirliyində olduğu “Region Mühəndislik” MMC-nin fəaliyyət sferası və sahibi barədə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “REGİON MÜHƏNDİSLİK” (VÖEN: 1904560421) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.11.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, HÖVSAN ŞTQ, E.MƏMMƏDOV, ev.4, m.13, qanuni təmsilçisi kimi isə Rəhimov Hafiz Rəhim oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Sabir Abbasəli oğlu olub. MMC-nin hazırkı günə 13 045.77 manat vergi borcu var.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumatlara görə “Region Mühəndislik” MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. Sözügedən maddəyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “Region Mühəndislik” MMC son illər “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş bir neçə açıq tenderin də qalibi olub.

Ağdam rayonunda mobil bazanın salınması işlərinin satın alınması üzrə 1.556.360,96 manat məbləğində satınalma müqaviləsi 01.08.2023-cü ildə bağlanılıb.

Mövcud bazalar üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması və quraşdırılması işlərinin satın alınması üzrə 133.247,72 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü ildə bağlanılıb.
Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərinin satın alınması üzrə 3.925.473,79 manat məbləğində satınalma müqaviləsi 02.06.2023-cü ildə bağlanılıb.
Açıq mənbələrdə yayılan bu məlumatlrdan da görsəndiyi kimi “Region Mühəndislik” MMC 2023-cü ilin 3 ayı ərzində yalnız Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə ümumi dəyəri 5 615 080 manat olan üç satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr konteynerlərin alınması, mobil bazaların salınması işləri üzrə bağlanılıb. Çox güman ki, “Region Mühəndislik” MMC barəsində sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu məhz bu işlərə görə tərtib olunub. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti zəmanət verə bilərmi ki, “Region Mühəndislik” MMC Cəbrayıl rayonunun inzibati ərazisində görülən işlərdə işçiləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışdırır?
Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdu. O, bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.(Aktualinfo.org)

“Region Mühəndislik” MMC-dən MÖVQE — MƏHKƏMƏ TƏQSİRİ TƏSDİQLƏMƏDİ

Son günlər mediada "Region Mühəndislik" MMC-nin əmək qanunvericiliyini pozduğu ilə bağlı yayılan iddialara cavab olaraq şirkət öz rəsmi mövqeyini bildirib. Müəssisə vurğulayır ki, bu məsələdə məhkəmə onların təqsirli olmadığını rəsmən təsdiqləyib və barələrində inzibati xəta tərkibi müəyyən olunmadığı üçün icraata xitam verilib.

Suraxanı Rayon Məhkəməsinin 02.10.2024-cü il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaları əsasında başlanmış inzibati icraat nəticəsində “Region Mühəndislik” MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən olunmamış və işə xitam verilməsi qərara alınıb.

Şirkətin vəkili Elsevər Tanrıverdiyev bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarına əsasən, iş əlavə araşdırma üçün müfəttişliyə qaytarılsa da, heç bir əlavə araşdırma aparılmayıb, vətəndaşların yenidən dindirilməsi təmin olunmayıb, izahatlar yenidən alınmayıb. Bununla yanaşı, iş materiallarına notarial qaydada təsdiqlənmiş çoxsaylı ərizələr əlavə olunub ki, bu ərizələrdə adı çəkilən şəxslər şirkətlə heç bir əmək münasibətinin mövcud olmadığını açıq şəkildə bəyan ediblər.

Qeyd edək ki, mediada yayılmış bəzi məlumatlarda "Region Mühəndislik" MMC-nin qanunsuz işçi çalışdırdığı iddia edilsə də, məhkəmə sübutların qeyri-kafiliyi və hüquqi pozuntu əlamətlərinin olmaması səbəbilə şirkəti təqsirli bilməmişdir.

Şirkət bildirir ki, hüquqi dövlətdə fəaliyyət göstərən bütün kommersiya subyektləri kimi onlar da qanunlara riayət edir və hüquqi mübahisələr yalnız müvafiq məhkəmə qərarları ilə qiymətləndirilməlidir. Bu səbəbdən “Region Mühəndislik” MMC barəsində ictimaiyyətə təqdim edilən məlumatların mənbəsi dəqiqləşdirilmədən yayımlanması onların işgüzar nüfuzuna xələl gətirir.

Şirkətin çağırışı: “Media orqanlarını obyektiv və qərəzsiz yanaşmaya dəvət edir, yalnız məhkəmə qərarlarına əsaslanan məlumatların ictimailəşdirilməsini vacib sayırıq. Qeyd olunan hallarda isə hüquqi cəhətdən aydın qərar artıq verilib – biz təqsirli deyilik.”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-05-2025, 10:33

Nazirlikdən 4 ayda 4.6 milyon manatlıq ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Pullar sabiq nazirin qohumuna, 10 manatlıq şirkətlərə və qanuni təmsilçisi olmayan MMC-yə köçürülübmüş

Cəmiyyət

9-11-2024, 12:54

Ekologiya.az araşdırdı, saxtakarların oynunu pozub, ifşa etdi - VİDEO

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

20-02-2025, 12:08

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Gündəm / Cəmiyyət

19-05-2025, 14:47

Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi

Cəmiyyət

22-04-2025, 11:42

Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?

Gündəm / Cəmiyyət

21-05-2025, 15:45

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Araşdırma / Bölgə

12-09-2023, 14:45

Xüsusi əməliyyat keçirilən Ekologiya idarəsində gərginlik...

Cəmiyyət

7-02-2025, 09:59

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

20-06-2025, 14:53

FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir

Gündəm / Cəmiyyət

23-04-2025, 12:47

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…

Gündəm / Bölgə

12-10-2023, 11:10

Tovuzun meşələrində mal-qoyun sürüləri lövbər salıb,həm də “DƏDƏ MALI” kimi satılıb- FOTO- VİDEO

Araşdırma
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
“Zorge parkı”ndakı 2-ci mərtəbə...- Rəsmi qurumlar müdafiə xətti qurub - VİDEO
Sumqayıt Dövlət Universitetində Akademik borcların ödənişində qeyri-şəffaflıq tələbələri narahat edir
“İzsiz əməliyyat” vədi ilə başlayan kabus: 1 il sonra görünən həqiqət – Saxta "həkim" Esmira İbrahimli faktı
Texnologiya Universiteti "Yeni" 500 manat iddiası irəli sürübdür... "Bu dəfə hədəf tələbələrdi" “Bu dəfə hədəf tələbələrdir?”
Saleh Məmmədovun “3 muşketyoru”: Vətəndaşların əmlakı yol layihələrinin qurbanı
Hadisə
Bu gün, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
Dünən, 15:08
Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?
Dünən, 11:57
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
3-04-2026, 12:07
Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar
2-04-2026, 10:02
Cəlilabadda DƏHŞƏT: kişi yanaraq öldü
1-04-2026, 15:09
Suqovuşanda mina partlayıb, xəsarət alan var
Xəbər lenti
  • Bu gün, 17:20
    Hakan Fidan Suriyada Zelenski və Əl Şaraa ilə görüşəcək
  • Bu gün, 16:30
    Azərbaycanda yağışlı hava sabah da davam edəcək
  • Bu gün, 16:00
    İsrail ordusu sutka ərzində İranda 120-dən çox hədəfə hücum edib
  • Bu gün, 15:00
    "Xatəm əl-Ənbiya": ABŞ ordusu F-35 qırıcısının pilotunu xilas edə bilməyib
  • Bu gün, 13:30
    Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
  • Bu gün, 13:00
    Ukrayna dronları LUKOIL neft emalı zavoduna zərbə endirib
  • Bu gün, 12:00
    Zori Balayan ölüb
  • Bu gün, 11:30
    İran dronları Küveytin neft sektoru kompleksinə zərbələr endirib
  • Bu gün, 11:00
    Tehran sakinləri: “İran gözlərimizin qarşısında məhv edilir”
  • Bu gün, 10:30
    İranda vurulan qırıcının digər pilotu da xilas edildi
  • Bu gün, 09:46
    Donald Trump Tehrana son tarix xəbərdarlığı edib ABŞ İranda ikinci pilotu xilas etdi
  • Bu gün, 09:23
    Nazir Xaçmazda vətəndaşları qəbul etdi
  • Bu gün, 08:18
    Nazir postunu itirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • Dünən, 16:45
    Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
  • Dünən, 16:41
    “Zorge parkı”ndakı 2-ci mərtəbə...- Rəsmi qurumlar müdafiə xətti qurub - VİDEO
  • Dünən, 16:19
    Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib
  • Dünən, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • Dünən, 15:45
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən, 15:29
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • Dünən, 15:08
    Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?
  • Dünən, 15:01
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • Dünən, 14:33
    KİV: İsrail İrana qarşı əməliyyatları davam etdirəcək, ABŞ qırıcı təyyarəsinin vurulmasına sərt reaksiya gözlənilir
  • Dünən, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • Dünən, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • Dünən, 13:56
    Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
  • Dünən, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • Dünən, 12:41
    Ukrayna Rusiyada iki kimya zavoduna dronlarla zərbə endirib
  • Dünən, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • Dünən, 11:57
    Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
  • Dünən, 11:46
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • Dünən, 11:26
    İraqın cənubuna dron zərbəsindən sonra yanacaq anbarları yanır
  • Dünən, 10:48
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • Dünən, 10:32
    Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 10:22
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Dünən, 09:47
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə