Sizin reklam burada 728×90
Son dəqiqə

Qazax İcra başçısının "sevimli" küçələri var - Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur

08.08.2025 12:09 388 1 dəq oxunur
Qazax İcra başçısının "sevimli" küçələri var - Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müsabiqənin qalibi “Azərtranss” MMC (VÖEN – 4200338081) olub.

Qeyd edək ki, İcra Hakimiyyəti Qazax şəhərində Bakı və Əliağa Şıxlinski küçələrində yolların əsaslı təmiri işləri üçün “Azərtranss” MMC-yə 674 min 949 manat 5 qəpik ödəyəcək.
Qazax İcra başçısının "sevimli" küçələri var - Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Qazax şəhərində təmir olunması nəzərdə tutulan Bakı və Əliağa Şıxlinski küçələrində cəmi 2 il əvvəl təmir işləri həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ilin 11 iyul tarixində Qazax rayon İcra Hakimiyyətinin açıqladığı məlumatda adı keçən küçələrdə təmir işlərinin həyata keçirildiyi göstərilib.(Yeniavaz.com)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az