• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Gündəm / Cəmiyyət

Bu gün, 09:48

Aqrar Subsidiya Şurası kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişiklikləri təsdiq edib.

Həmin hədəflər ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən olunub.

Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.

Belə ki, Dövlət Proqramına əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.

Bundan əlavə müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.

Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.

Dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digər sahələr üçün isə 400 manata çatdırılıb.

Torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

İstixana təsərrüfatlarının modernləşdirilməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi məqsədilə istixananın texnoloji səviyyəsinə və örtük materialına uyğun olaraq hər hektar əkinə görə 500 manatdan 5 000 manatadək əkin subsidiyası müəyyən edilib.

Əkin subsidiyası 4-cü nəsil şüşə örtüklü yüksək texnologiyalı istixanalarda 5 000 manat/ha, polikarbonat örtüklü istixanalara 3 000 manat/ha, yüksək keyfiyyətli polietilen örtüklü 4-cü nəsil istixanalara 2 500 manat/ha veriləcək. 3-cü nəsil istixanalarda isə əkin subsidiyası müvafiq olaraq 2 000, 1 500, 1 000 manat/ha, digər polietilen örtüklü istixanalarda isə 500 manat/ha müəyyən edilib.

Şuranın qərarı ilə yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib.

Aroniya bağlarının salınmasına görə birdəfəlik 7 500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6 000 manat/ha subsidiya veriləcək.

Kiçik (butik) şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu istiqamətdə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixrac yönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 ha olmaqla super-intensiv üzüm bağları üçün 20 000 manat/ha, intensiv üzüm bağları üçün isə 10 000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur. 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir.

Bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilib.

Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan MR-də isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilir.

Eyni zamanda intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır.

Pambıq üzrə məhsul subsidiyası da istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton müəyyən edilib.

Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək. Emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən edilib.

Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.

Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək. Naxçıvan MR üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.

Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha artıq ödəniləcək.

Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.

Fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq.

Sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 000 manatdan 36 000 manatadək, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 faizi səviyyəsində müəyyən edilir.

Yeni mexanizmə əsasən müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Avans mexanizmi 5-100 hektar əkin sahəsi olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.

Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan ediləcək, sahənin əkinə hazırlığının monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib. Belə ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyən edilib.

Bağçılıq subsidiyası üçün isə yeni salınmış bağların "Aqrar sığorta haqqında" qanuna müvafiq olaraq azı 3 il müddətinə sığortalanması tələb olunur.

Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 %-ə qədər artırılır.

Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, habelə yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 faiz həddində müəyyən edilib.

Ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək. Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.

Akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq ediləcək.

Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası 2000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton təşkil edəcək. Subsidiya EKTİS-də qeydiyyatdan keçmiş təsərrüfatların məhsulu tədarükçülərə rəsmi satış sənədləri ilə təhvil verildiyi halda ödəniləcək.

Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.

Ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək.

EKTİS-də tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də bəyan, heyvanların identifikasiyası, sığorta, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərti ilə tətbiq ediləcək.

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz" atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat/baş, ətlik cinslər üzrə isə 1000 manat/baş heyvan subsidiyası veriləcək.

Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il heyvan subsidiyası tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib.

İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət EKTİS-in Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.

İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək. Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.

Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.

Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.

Subsidiya şurasının qərarı ilə tətbiq edilən yeni dövlət dəstəkləri Dövlət Proqramında müəyyən edilmiş hədəflərə uyğun olaraq müasir suvarmanın genişləndirilməsinə, yüksək dəyərli məhsulların istehsalına, emal sənayesinin yerli xammalla təminatına, ixrac imkanlarının artırılmasına, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə və balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsinə xidmət edəcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Siyasət

12-08-2026, 17:43

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Gündəm

31-10-2023, 11:08

ƏT BAZARINDA YENİ BAHALAŞMA DALĞASI...

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Araşdırma

20-09-2023, 13:06

Naxçıvanın dövlət proqramında çatışmayan “Baden-Baden” nümunəsi

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Cəmiyyət

16-06-2026, 12:10

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

15-08-2026, 18:00

Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:06
3 aylıq körpə anasının qucağından yıxılıb öldü
5-09-2026, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:53
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
Xəbər lenti
  • Bu gün, 10:26
    Bakının artan enerji tələbatı üçün yeni güc mərkəzi inşa edilir
  • Bu gün, 10:06
    3 aylıq körpə anasının qucağından yıxılıb öldü
  • Bu gün, 09:48
    Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
  • Bu gün, 09:37
    Bir məmur, onun qardaşı, iki şirkət və 200 milyon manat...
  • Bu gün, 09:10
    Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 5-09-2026, 19:00
    Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
  • 5-09-2026, 18:30
    Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
  • 5-09-2026, 18:00
    "Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
  • 5-09-2026, 17:30
    Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
  • 5-09-2026, 17:00
    Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər
  • 5-09-2026, 16:31
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
  • 5-09-2026, 16:21
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • 5-09-2026, 15:59
    AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
  • 5-09-2026, 15:31
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • 5-09-2026, 15:20
    Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
  • 5-09-2026, 14:50
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • 5-09-2026, 14:13
    Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
  • 5-09-2026, 13:31
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • 5-09-2026, 13:24
    Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
  • 5-09-2026, 12:45
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • 5-09-2026, 12:36
    “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
  • 5-09-2026, 11:51
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • 5-09-2026, 11:45
    ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
  • 5-09-2026, 09:23
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • 4-09-2026, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • 4-09-2026, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • 4-09-2026, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • 4-09-2026, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • 4-09-2026, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • 4-09-2026, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • 4-09-2026, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • 4-09-2026, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə