Sizin reklam burada 728×90
Son dəqiqə

Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu

24.09.2026 22:56 123 1 dəq oxunur
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Sosial şəbəkələrdə saxta hesablar açaraq “Sərhədaz.az” saytının baş redaktoru Asim Abdullayevi və “RealAzərbaycan.az” saytının təsisçisi Dəyanət Babayevi təhqir etməkdə ittiham olunan İhamə Kərimova saxlanılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, İhamə Kərimova Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

İstintaq zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.2.2-ci (əməlin iki və ya daha çox şəxsə qarşı törədilməsi), 148-2.2.3-cü (şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədilməsi) və 148-2.2.4-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədilməsi) maddələri ilə ittiham irəli sürüldüyü bildirilir.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İhamə Kərimova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-2.2-ci maddəsinin qeyd olunan bəndlərində nəzərdə tutulan əməl üzrə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İttihamın məhkəmədə sübuta yetirilib-yetirilməməsindən asılı olaraq şəxsin yekun hüquqi vəziyyəti məhkəmə qərarı ilə müəyyən ediləcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az