• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: Birinci xanım Mehriban Əliyeva Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirir

Gündəm

23-02-2023, 21:28


Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur.

Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz Heydər Əliyev vaxtilə məşhur bir müsahibəsində demişdi:”Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün​ bunlar​ mənəviyyata bağlı məsələlərdir.Mənəviyyat hardadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının​ Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyeva ön sırada dayanır.

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin,​ bu günümüzün, gələcəyimizin dayağıdır”.​ Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan​ ​ bu dəyərli fikri​ müstəqil Azərbaycanın​ həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“​ ​ Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır.Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman​ bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.

Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir savab, bir səadət aparan, yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq – alim, akademik Zərifə xanım Əliyeva olmuşlar.

Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsədə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, o, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.

Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq 28 dekabr 2012-ci il tarixində uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirmişdir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESKO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır.

Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur.
Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.

Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Sevimli Mehriban Əliyeva Xanım Çıxışlarının Birində Demişdir ki,​ “Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.

Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza​ xidmət etmək istəyi, arzusudur. Birinci xanım Mehriban Əliyeva Xalqını sevdiyi qədər, Xalqı tərəfindən sevilən insan və Görkəmli Şəxsiyyətdir.Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.
Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Dəyərli Mehriban xanım siz şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərirsiniz. Mən bir gənc kimi bildirmək istəyirəm ki Hörmətli Mehriban xanım siz ölkə prezidenti cənab İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağınızın nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.
Hörmətli Mehriban xanım sizi xalqa sevdirən əsas məqamlar sizin xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmağınızdır.
2018-ci ilin aprelində yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələrinə və müharibə əlillərinə qayğı dövlətin prioritetinə çevrilmişdi və bu vəzifəni öz üzərinə məhz Mehriban xanım çəkmişdi.

Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezident Mehriban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəkildə qayğı göstərilir.İllər keçdikcə ümumilikdə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.
Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır.
Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Mən Fərid Şərifov bildirmək istəyirəm ki, Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.

Hörmətli Mehriban xanım Xalq sizin mərhəmətinizi, diqqətinizi, qayğınızı sevdi. Sizə vətənə xidmət yolunda və vətənimizin dövlətimizin güclənməsi və inkişafı yolunda fəaliyyətinizdə və işlərinizdə bol bol uğurlar arzulayıram, Ömrünüz uzun olsun, Tanrı sizi və ailənizi qorusun Mehriban xanım.

Son olaraq qeyd etmək istəyirəm ki:

O Xalqımızın, Bizim Mehribandır.


Fərid Şərifov
bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Cəmiyyət

28-03-2023, 20:18

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi

Gündəm

19-12-2022, 22:20

Fərid Şərifov: Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Siyasət / Araşdırma

5-08-2022, 16:20

Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Siyasət

25-08-2022, 23:46

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Siyasət

8-08-2022, 19:31

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı, Mehriban Əliyeva Xanım ilə fəxr edir.

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Cəmiyyət

22-05-2023, 01:53

O Xalqımızın, Bizim Mehribandır.

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Gündəm / Ölkə

20-12-2022, 22:43

Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir

İdman

7-01-2023, 22:18

Fərid Şərifov: Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Gimnastika Federasiyası ən parlaq uğurlar əldə edir

Siyasət

26-08-2022, 11:46

Leyla Əliyeva Mehriban Əliyevanı belə təbrik etdi (FOTO)

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Bu gün, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Bu gün, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Bu gün, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Bu gün, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Bu gün, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Bu gün, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Bu gün, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Bu gün, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Bu gün, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Bu gün, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Bu gün, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Bu gün, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Bu gün, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Bu gün, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Bu gün, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Bu gün, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Bu gün, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Bu gün, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Bu gün, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə