Sizin reklam burada 728×90
Son dəqiqə

Leyla Abdullayeva: "AzTV əməkdaşlarına hücuma görə Fransa XİN-ə nota göndəriləcək" -

29.06.2023 17:38 433 1 dəq oxunur
Leyla Abdullayeva: "AzTV əməkdaşlarına hücuma görə Fransa XİN-ə nota göndəriləcək" -
"Azərbaycan televiziyası əməkdaşlarının hücuma məruz qalmasını qınayırıq".

BakuNews.Az bildirir ki, bunu News24.az-a açıqlamasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalması ilə bağlı bildirib.

O, qeyd edib ki, bu hücum azad jurnalistika fəaliyyətinə qarşı hücum kimi dəyərləndirilməlidir:

"Baş vermiş bu hadisənin araşdırılması, hücumu törədənlərin müəyyən edilməsi və cəzalandırılması üçün müvafiq tədbirlər görüləcək. Təbii ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Fransa XİN-ə nota göndəriləcək. Hesab edirik ki, hadisəni törədənlərin tapılıb cəzalandırılması gələcəkdə bu cür halların qarşısının alınması baxımından olduqca önəmlidir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır".

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az