• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Boşanmaq istəyən arvadını küçədə öldürdü, qızı onu bağışlamadı - CİNAYƏT İŞİ + FOTOLAR

Gündəm / Kriminal

3-08-2023, 10:17

2021-ci il iyulun 24-də Bakı şəhər sakini Meyxoş Cəfərovun Binə qəsəbəsində yaşadığı evdə arvadı Xatirə Fərəcovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olur.

Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxır. Əməliyyat qrupu yolun kənarında, piyadaların hərəkət etdiyi səkinin üzərində, arxası üstə uzanmış vəziyyətdə, paltarları qana bulaşmış və üstü ağ mələfə ilə örtülmüş qadın meyiti aşkar edirlər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.


Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Meyxoş Cəfərov həyat yoldaşı Xatirə Fərəcovanın boşanmaq istəməsindən qəzəblənərək, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. İyulun 24-də bıçaqla silahlanaraq, arvadının işlədiyi gözəllik salonuna gedib və ona arxadan yaxınlaşıb. Cinayətkar niyyətini həyata keçirməkdən ötrü kəsici alətlə onun döş qəfəsinə, qarın və digər nahiyələrinə ümumilikdə 13 dəfə zərbə vuraraq qəsdən öldürüb.

İş üzrə dindirilmiş Meyxoş Cəfərov bildirib ki, xalası nəvəsi Xatirə Fərəcova ilə 2008-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan üç övladları dünyaya gəlib. Uzun illər xoşbəxt və qarşılıqlı anlaşma şəraitində yaşayıblar, heç vaxt aralarında ciddi problem olmayıb. Təxminən beş il əvvəl, Xatirənin istəyini yerinə yetirərək, evlərinin qarşısında gözəllik salonu tikib və arvadı orada müştəriləri qəbul edərək, saç düzəltməklə məşğul olub. 2020-ci ilin yanvar ayında aralarında baş vermiş mübahisədən sonra Xatirə uşaqları götürüb, atasının evinə gedib. Dəfələrlə zəng edib, evə qayıtmasını xahiş etsə də, yoldaşı razılaşmayıb. Nəhayət qayınatasının köməkliyi ilə arvadı ilə övladlarını evə qaytarıb. Amma Xatirə artıq onunla əvvəlki kimi davranmayıb. Mütəmadi onu təhqir edib, ayrı-ayrı otaqlarda yatıblar. Günlərin bir günü işdən evə gələndə arvadının barəsində polisə şikayət etdiyini bilib. Məlum olub ki, Xatirə şikayətində, cinsi əlaqədə olmaq istəmədiyi halda ərinin şiddət göstərdiyini və onu ölümlə hədələdiyini göstərib. Bununla əlaqədar onu bölməyə dəvət ediblər. Sorğu-sual zamanı, barəsində yazılanların yalan olduğunu bildirib. Həmin ilin dekabr ayında Xatirə övladları ilə birlikdə yenidən ata evinə gedib. M.Cəfərov uşaqları ilə danışmaq istəyərkən, arvadı buna imkan verməyib. Bir müddətdən sonra arvadının başqa ünvanda, kirayədə yaşamağa başladığını öyrənib.

2021-ci il iyulun 23-də evə soyuducu almaq üçün Binə qəsəbəsinin mərkəzinə doğru gedərkən, təsadüfən Xatirəni, orada fəaliyyət göstərən salonların birində görüb. Kənardan baxaraq, müşahidə aparıb. Tikdiyi salonu qoyub, digər yerdə işləyən yoldaşının hərəkətlərindən hiddətlənərək, keçib yaxınlıqdakı mağazadan bıçaq alıb. Yenə salonun yanına qayıdıb. Bir neçə dəqiqdən sonra qızı Zeynəbin, əlində çantalarla həmin obyektə gəldiyini görüb.

Ayın 24-də hadisə baş verən yerdən təxminən 200 metr aralıda dayanıb Xatirəni gözləməyə başlayıb. Bir az keçmiş gəldiyini görərək ona yaxınlaşıb və yenə evə qayıtması üçün onu razı salmağa çalışıb. Amma Xatirə cavabında təhqir edib, ona yaxın gəlməməsini tələb edib, əks halda polisə şikayət edəcəyini bildirib. Arvadının arxasınca gedərək heç bir söz demədən bıçağı çıxarıb, kürək nahiyəsinə zərbələr endirib. Xatirə qışqıraraq, ona tərəf çevrilib və müqavimət göstərmək istəyib. Bu səbəbdən də, çevrildiyi anda bir neçə bıçaq zərbəsi onun qollarına dəyib. Arxası üstə yerə yıxılan arvadının yaralarından təzyiqlə qan gəlib. Güclü qanaxmanı görən kimi Xatirənin artıq öləcəyini anlayıb, kənara çəkilib. Gözlərini görüb baxışları ilə rastlaşmamaq üçün üzünü yana çevirib. Həmin vaxt ətrafda insanlar olsa da, heç kim qorxusundan ona yaxınlaşmayıb. Bıçağı sağ arxa cibinə qoyub və təslim olmaq üçün polis bölməsinə gedib. Bölmədə törətdiyi cinayəti etiraf edib və bıçağı polislərə təhvil verib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Ramazan Fərəcov ifadəsində göstərib ki, qızı Xatirə 2008-ci ildə Meyxoş Cəfərovla ailə quranda, onların evliliyinə qarşı olub. Nikahlarının ilk dövrlərində Meyxoşun ata evində yaşayıblar, sonra Binə qəsəbəsindəki öz evlərinə köçüblər.

Təxminən beş-altə il əvvəl Meyxoş ona zəng vurub evlərinə qonaq dəvət edib. Orada olanda, kürəkəninin, evlərinin qarşısında qadın salonu tikmək istədiyini deyib. Xatirə salonu işlətməyə başlayandan sonra, evdə söz-söhbətlər başlayıb. 2020-ci ilin yanvar ayında kürəkəni arvadını bərk döyüb. Bunu eşidib, evlərinə gedəndə, qızının həqiqətən döyüldüyünü və vəziyyətinin yaxşı olmadığını görüb. Təcili yardıma zəng vurmaq istəyəndə, qızı yalvarıb ki, bunu etməsin. Niyə belə hərəkət etdiyini soruşduqda kürəkəni ona «mülk mənimdir, sən kimsən ki, qarışırsan» deyə, cavab verib. Aralarında mütəmadi mübahisələr baş verib. Qızının sözlərinə görə, əri uşaqları da döyüb. Xatirə iki dəfə polisə şikayət edib, amma hər dəfə böyüklərin məsləhəti ilə aralarında barışıq olub. Qızı bir neçə dəfə uşaqları götürüb, onun evinə gəlib. Meyxoş bir daha belə etməyəcəyinə söz verdiyindən, həm də Xatirənin ailəsinin dağılmasını istəmədiyindən, bir müddət qalandan sonra qızını ərinin evinə yola salıb. Ailə münasibətlərindəki gərginliklə bağlı onlar bir müddət psixoloqun yanına getsələr də, müsbət nəticə olmayıb. Onun özünün şəxsi qənaətinə görə, onların ailədaxili münaqişələrinin baş verməsində səbəbkar kürəkəni olub.

2021-ci il iyulun 24-də Meyxoşun Xatirəni bıçaqlayıb, öldürdüyünü eşidib. Hadisədən sonra bilib ki, qızı uşaqları ilə evdən gedib və kirayədə yaşayıb. Kürəkənin, özünü təmizə çıxartmaq üçün guya Xatirənin uşaqlara yaxşı baxmaması ilə bağlı ifadəsi həqiqət deyil. Əslində Meyxoş faktiki evə qazanc gətirməyib, dolanışıq yükü arvadının üzərində olub. Nəvələri hazırda onun himayəsindədir.
Şahid Ramil Ağayev bildirib ki, iyulun 24-də şəkil çəkdirmək üçün Xasiyeva küçəsində yerləşən fotostudiyaya gedib. İçəridə növbə olduğu üçün küçəyə çıxıb. Həmin anda görüb ki, bir kişi cəld addımlarla arxadan, piyada hərəkət edən hicablı qadına yaxınlaşıb və bıçaqla kürək, sonra isə digər nahiyələrinə çoxsaylı zərbələr vurub. Hadisə bir anda baş verdiyindən, gördüklərindən şok vəziyyətinə düşüb, nə edəcəyini bilməyib. Qadın yerə yıxılan kimi onu vuran şəxs əlindəki bıçağı arxa cibinə qoyub və hadisə yerindən uzaqlaşmağa başlayıb.

Şahid Aygün Ağabalayeva ifadəsində göstərib ki, psixologiya mərkəzinin rəhbəridir. 2021-ci ilin fevral ayında mərhum Xatirə Fərəcova və əri Meyxoş ilk dəfə onun qəbuluna gəliblər. Qadın yoldaşı tərəfindən mütəmadi şiddətə məruz qaldığını, döyüldüyünü, bu səbəbdən də intihar etmək istədiyini söyləyib. Apardığı söhbət nəticəsində qənaətə gəlib ki, əslində ər-arvadın arasında qlobal problem yoxdur. Sadəcə xırda məsələləri dava-dalaşa çevirirlər, sözləri bir-birlərinə qıcıq verir, heç bir tərəf güzəştə getmək istəmir. Bir psixoloq kimi onların ailəsinin sevgi üzərində qurulmadığını və aralarında olan yaş fərqinin də münasibətlərə ciddi təsir etdiyini hiss edib. Bir neçə kursdan sonra ər-arvadın münasibətləri nisbətən düzəlib.

Arada, Xatirə ilə telefonla əlaqə saxlayıb, boşanmamasını məsləhət görüb. Qadın, yoldaşının uşaqlarla da sərt davrandığını bildirib. Axırıncı dəfə, may ayında danışanda Xatirə artıq Meyxoşla birlikdə yaşaya bilmədiyini və boşanma ilə bağlı məhkəməyə ərizə verdiyini deyib. İyul ayının axırlarında, sosial şəbəkələr vasitəsi ilə Meyxoş Cəfərovun arvadını qətlə yetirdiyini bilib.

Şahid Elnarə Nəcəfova bildirib ki, qardaşı Meyxoşla Xatirənin münasibətləri son iki il ərzində korlanıb, mütəmadi davalar baş verib. Şəxsən özü, qardaşına, yola getmirlərsə boşanmalarını təklif edib, amma Meyxoş uşaqlarına görə, ayrılmaq istəmədiyini deyib. İyulun 24-də evdə olanda qardaşı Cabir zəng vurub, Meyxoşun arvadını öldürdüyünü xəbər verib.

Şahid əlavə edib ki, qardaşının hərəkətinə haqq qazandırmır. Güman edir ki, Xatirə evdən çıxıb, getdiyinə görə Meyxoş bərk qəzəblənib. Bir kişi kimi arvadının hərəkətlərini qüruruna sığışdıra bilməyib və evə qayıtmağı üçün, onu qətlə yetirib.

Məhkəmə iclasında Meyxoş Cəfərov “xüsusi amansızlıqla qəsdən adam öldürmə” ittihamını əsassız hesab etdiyini, üç körpə qız uşağını anasız qoyduğunu anladığını və əməlindən peşman olduğunu bildirib. Qayınatasından onu bağışlamasını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qızını öldürən şəxsi bağışlamadığını və ona ağır cəza verilməsini xahiş istəyib.

Şahid Zəhra Cəfərova bildirib ki, anasını öldürdüyü üçün atasını bağışlamır.

Məhkəmə hesab edib ki, Meyxoş Cəfərovun əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təsdiq edə biləcək heç bir sübut əldə olunmayıb. Buna görə, onun əməli 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir.

Məhkəmə qənaətə gəlib ki, Cəfərova, qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

29-07-2022, 20:50

Azərbaycanda DƏHŞƏT: qısqanc qadın ərini öldürdü

Hadisə

29-07-2022, 17:30

Bərdədə qadın ərini qətlə yetirib

Hadisə

25-07-2022, 19:12

Azərbaycanda DƏHŞƏT: qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı, hər ikisini öldürdü - TƏFƏRRÜAT / YENİLƏNİB

Cəmiyyət

14-07-2022, 19:25

26 yaşlı oğlan bacısını öldürdü

Hadisə

2-09-2022, 13:42

Bakıda qadın ərini qətlə yetirib

---

14-07-2022, 16:27

Leyla Mustafayeva qətlə yetirildi

Hadisə

2-09-2022, 11:56

Bacısını öldürməyə cəhd edən şəxs tutuldu

Hadisə

19-07-2022, 14:04

Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild

Hadisə

7-07-2022, 16:42

Mağazada başı kəsilən qadın görün kim imiş - ŞOK TƏFƏRRÜAT

Hadisə / Bölgə

22-08-2022, 15:39

Daşkəsəndə qayınatanın gəlinini qətlə yetirməsinin təfərrüatı

Hadisə

27-08-2022, 19:05

Sumqayıtda qanlı olay

Hadisə

20-08-2022, 12:20

Şəkidə qadının intihar həddinə çatdırılması ilə bağlı istintaq yekunlaşıb

Araşdırma
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
Hadisə
Bu gün, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
Dünən, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Bu gün, 19:00
    İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
  • Bu gün, 18:33
    “AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır FOTOLAR
  • Bu gün, 18:00
    Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
  • Bu gün, 17:30
    Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
  • Bu gün, 16:54
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • Bu gün, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 16:22
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • Bu gün, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • Bu gün, 15:38
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Bu gün, 15:18
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • Bu gün, 14:53
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
  • Bu gün, 14:31
    Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
  • Bu gün, 14:12
    Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?
  • Bu gün, 13:49
    2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
  • Bu gün, 13:06
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Bu gün, 12:57
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:39
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Bu gün, 12:11
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Bu gün, 11:58
    Yasamal sakinləri BAŞÇIYA MÜRACİƏT ETDİ... - VİDEO
  • Bu gün, 11:32
    Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir
  • Bu gün, 11:13
    Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi - ƏMR
  • Bu gün, 10:41
    Şahbaz Şərif husilərin Məkkəyə hücumunu pisləyib
  • Bu gün, 10:33
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı FOTOFAKT
  • Bu gün, 09:55
    Azərbaycan neftinin qiyməti 128 dolları keçib
  • Bu gün, 09:38
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb
  • Bu gün, 09:17
    UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
  • Bu gün, 08:52
    Bakıda 10 istiqamətdə tıxac yaranıb
  • Dünən, 21:46
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • Dünən, 21:31
    Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
  • Dünən, 18:59
    Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
  • Dünən, 18:14
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • Dünən, 17:44
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • Dünən, 17:12
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
  • Dünən, 16:57
    Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR
  • Dünən, 16:07
    Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə