Sizin reklam burada 728×90
Son dəqiqə

Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild

19.07.2022 14:04 709 1 dəq oxunur
Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild
Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

bakunews.az trend-ə istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Sadıqov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.

Samir Sadıqovla Sevinc Cəfərova arasında sevgi münasibətinin olduğu bildirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az