Sizin reklam burada 728×90
Son dəqiqə

Anasını öldürən hakim qarşısına çıxarılır

23.08.2022 10:10 677 1 dəq oxunur
Anasını öldürən hakim qarşısına çıxarılır
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılır.

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin ibtidai istintaqı başa çatıb.

bakunews.az report-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun "Neftçilər" stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az