• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Çingiz Abdullayevlə Əbdürrəhman Vəzirovu nə birləşdirir? – TARİXİ VİDEOLAR

Gündəm

5-09-2023, 13:31

Bu xalq Vəzirovu əsasən Azərbaycan türkcəsində danışa bilmədiyi üçün lağ obyekti etmişdi. Nə qədər anekdot qoşdular Əbürrəhmana. Rəhbər kimi qara qəpiklik hörməti yox idi.

Onun hakimiyyəti dövründə demokratik mühit var idi. AXC rəhbərliyi Ali Sovetin sessiyalarında tribunaya qalxıb, sözlərini deyirdi. Mərhum Nəcəf Nəcəfovla Ədürrəhman Vəzirovun rəyasət heyətindəki dialoqu tarixdə bir demokratiya nümunəsi kimi qala bilər. Sovet dövründə kommunist rəhbərin qarşısında o cür iradə nümayiş etdirmək, dirəşmək zarafat məsələ sayılmırdı. Nəcəf bəy bu davranışı ilə SSRİ-ni o səhnədə məğlub və rüsvay etdi. Elə Vəzirovun da xarizmasını çizdi, necə deyərlər. Məkanı cənnət olsun.Artur Rasizadə neçə il baş nazir vəzifəsini tutdu. Yaxşı kadr idi. Savadına söz ola bilməzdi. Ciddi mütəxəssislərdən sayılırdı. Ana dilində qüsurlu danışırdı deyə heç kim ciddi yanaşmırdı ona. Məsxərəyə qoyulurdu. Xiyar turşusu haqda bir dəfə təklif verdi, peşman oldu. İllərlə bunun zarafatı dayanmadı. Artur müəllimin adı tələffüz edilən kimi, xiyar söhbəti ortaya girirdi.

Elmar Məmmədyarovun vəzifədə olduğu dövr Azərbaycanın ən mürəkkəb zamanları idi. Nəticəsiz Qarabağ danışıqları, yorucu görüşlər, Minsk Qrupu üzvlərinin bölgəyə mənasız səfərləri, ATƏT-in, BMT-nin bir qara qəpiyə yaramayan bəyanatları – bir sözlə, düzənsizlik, xaos beynəlxalq aləmi başına götürmüşdü.

E.Məmmədyarov Xarici işlər naziri olaraq funksiyasını qüsursuz yerinə yetirməyə çalışırdı. Əslində Elmar müəllim təcrübəli diplomatlardan sayılırdı. Uzun illərə dayanan fəaliyyəti vardı. İnsani keyfiyyətləri, mədəni səviyyəsi yüksəkdir. Jurnalistlərlə olduqca səmimidir. Vəzifədə olanda onu hədəfə gətirən əsas amil fikrini doğma dilində izah edə bilməməsi idi. Cəmiyyətin qınağına və gülüşünə tuş gəlirdi.

Bu günlərdə Xalq yazıçısı Çingiz Abdullayev yenidən gündəmin mərkəzi fiquruna çevrilib. Yazıçı tənqidlərdən bezdiyini deyib. Onun qənaətinə görə, Bakı ləhcəsində danışdığı üçün ona lağ edirlər, bezdirirlər. Belə Bakı ləhcəsi olar? Bakı şivəsi o qədər gözəldir, adam dinləyəndə ondan doymur. 30 ildir bakılılarla dostluğum var. Mən bu 30 ildə heç bir bakılının Çingiz müəllim kimi danışdığını nə görmüşəm, nə də eşitmişəm. Yazıçı öz xalqına minnət də qoyur, deyir, ölkədən gedəcək. Bu da bir başqa lağ predmetinə çevrilib. Yarızarafat, yarıciddi deyilir, “Allah bilir, nə fırıldağı var, aradan çıxmağa bəhanə axtarır”…

Ç.Abdullayevin rusca nitqinə ilişən olub indiyə kimi? Xatırlamıram. Hətta müharibə vaxtı Rusiya telekanalında ermənilərlə debatlarda o qədər savadlı, məntiqli danışdırdı, xalq ona “əhsən” deyirdi. Könül istəyir ki, hörmətli Çingiz Abdullayev öz doğma dilində də bu cür səlis danışsın. Xalqın dilini öyrənin, sonra onunla dialoq qurmağa çalışın. Alınmasa, o zaman inciyin.

Ç.Abdullayev AYB-dəki fəaliyyətinə görə də vaxtaşırı tənqid edilir. Elza Seyidcahan boyda fakt var ortada, cəmiyyət bunu ona bağışlamır və unutmur.

Öz dilində sərrast və sərbəst danışa bilmək böyük üstünlükdür. Bu, istənilən insanı güclü edən faktordur.

İki nümunə göstərəcəm. Mərhum prezident Heydər Əliyev 1993-cü ilin iyununda və 1994-vü ilin oktyabrında qiyamçılara və onlara dəstək verən siyasi müxalifətə danışığı, nitqi ilə qalib gəldi. O, xalqın dilini o qədər gözəl bilirdi ki… Auditoriya qarşısında danışmaq, hakimiyyətdə qalmağı təmin edən başlıca amillərdəndir. Sən əzik-üzük danış, fikrini ifadə edə bilmə, sonra de ki, məni anlayın.

İkinci nümunə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğandır. Onun natiqliyi dünyaya nümunədir. O qədər səlis, axıcı, məntiqli danışır, nitq irad edir ki, auditoriya bundan etkilənir. Ərdoğan türk dilində qüsurlu danışsa idi, inanmıram 21 il hakimiyyətdə qalardı. Yeri gəlmişkən, Türkiyədə ana dilində danışa bilməmək böyük ayıb sayılır və ictimaiyyət bunu əsla əfv etməz.

Çingiz Abduallayevi müdafiə edənlərdən soruşmaq lazımdır: Türkiyədə, lap elə Rusiyada, hətta istənilən Qərb ölkəsində Çingiz Abdullayev kimi ana dilini təhqir edən bir yazıçını müdafiə edən olardımı? Onu milli dəyər, qənimət ziyalı adlandıran tapılardımı? İnanmıram.

Yazıya Çingiz Abdullayevin ötən il AYB-nin qurultayında jurnalistlə məşhur dialoqunu əlavə edirəm.(globalinfo)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

8-08-2022, 14:30

İraqın Nəcəf şəhərində partlayış olub, 7 nəfər ölüb

Şou-biznes

11-08-2022, 16:04

Xalq artisti prezidentin verdiyi evi satdı

Gündəm

29-08-2022, 10:35

Çingiz Mustafayevin anadan olmasının ildönümüdür

Gündəm / Ölkə

6-12-2022, 14:24

Fransız vəkil Şuşaya səfər edib

Cəmiyyət / Video

29-06-2022, 11:25

“Madonna” şadlıq sarayının hasarı deyil, özü sökülməlidir... - VİDEO

Dünya

2-09-2022, 18:38

"Bərabərlik və demokratiya təhlükə altındadır"

Maraqlı

13-08-2022, 22:14

Vəfatından öncə İmam Əlini görüb, salam verən alim

Sosial

18-07-2023, 00:41

“MƏRCAN” firmasına məxsus toyuğun paketindən az qala özü boyda buz parçası çıxır FOTOFAKT

Siyasət

15-07-2022, 18:13

İlham Əliyev: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Cəmiyyət / Sosial

14-08-2023, 09:56

MUXTAR BABAYEV NZS qəsəbəsindəki QOÇU İLƏ NECƏ SÖVDƏLƏŞİB?

Cəmiyyət

3-09-2022, 10:25

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

Ölkə / Olay

10-07-2023, 18:46

KTN-də əcaib-qəraib işlər... - İlham Süleymanov MÜƏMMASI...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:53
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Xəbər lenti
  • Dünən, 19:00
    Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
  • Dünən, 18:30
    Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
  • Dünən, 18:00
    "Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
  • Dünən, 17:30
    Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
  • Dünən, 17:00
    Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər
  • Dünən, 16:31
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
  • Dünən, 16:21
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Dünən, 15:59
    AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
  • Dünən, 15:31
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • Dünən, 15:20
    Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
  • Dünən, 14:50
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • Dünən, 14:13
    Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
  • Dünən, 13:31
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • Dünən, 13:24
    Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
  • Dünən, 12:45
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Dünən, 12:36
    “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
  • Dünən, 11:51
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • Dünən, 11:45
    ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
  • Dünən, 09:23
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • 4-09-2026, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • 4-09-2026, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • 4-09-2026, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • 4-09-2026, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • 4-09-2026, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • 4-09-2026, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • 4-09-2026, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • 4-09-2026, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • 4-09-2026, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • 4-09-2026, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • 4-09-2026, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • 4-09-2026, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • 4-09-2026, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə