Sumqayıtda məişət tullantıları poliqonu yanır.
Bu barədə sosial şəbəkə platformalarında video yayılıb. Yanğın faktını Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a təsdiqləyiblər. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN əməkdaşları hadisə yerindədirlər. Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.