Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən bakunews.az-ya report-a istinadən bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.
bakunews.az