Sizin reklam burada 728×90
Son dəqiqə

Ötən gün yeddinci mərtəbədən yıxılaraq can verən azyaşlı mağazaya gedən anasını çağrırmış

02.07.2024 00:50 418 1 dəq oxunur
Ötən gün yeddinci mərtəbədən yıxılaraq can verən azyaşlı mağazaya gedən anasını çağrırmış
Sumqayıtda beş yaşlı Kənan Həsənovun yeddinci mərtəbədən yıxılaraq ölməsinin detalları məlum olub.

Belə ki, hadisə 10-cu mikrorayonda yerləşən binalardan birində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, beş yaşlı Kənan evdə tək imiş. Uşaq eyvandakı velosipedə çıxaraq mağazaya düşən anasını çağırıb. Bu zaman velosiped sürüşüb və Kənan yeddinci mərtəbədən yıxılaraq ölüb.

Fakt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.




Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az