Sizin reklam burada 728×90
Son dəqiqə

Cəlilabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

05.12.2024 13:00 705 1 dəq oxunur
Cəlilabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Cəlilabad rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:51
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az