Sizin reklam burada 728×90
Son dəqiqə

Şamaxıda "Şaqman" aşdı: ölən var

03.08.2022 22:00 512 1 dəq oxunur
Şamaxıda "Şaqman" aşdı: ölən var
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən bakunews.az-ya axar.az-a istinadən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Şaqman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az