Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs edilib

08.08.2022 21:10 582 1 dəq oxunur
Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs edilib
Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib.

Bu barədə bakunews.az-ya report-a istinadən Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini Mikayılov İsmayıl Eldar oğlu barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az