Bu gün gecə saatlarında Zaqatala ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisədə VAZ-2107 və VAZ-2109 toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb:
- 1990-cı il təvəllüdlü Kərimov Əziz Müsail oğlu
- Yuxarı Tala kənd sakini Ramazan Mahmudov (şəhid atası)
Xəsarət alanların vəziyyəti və hadisənin səbəbləri araşdırılır. Ətraflı məlumat verildikcə ictimaiyyətə təqdim olunacaq.