Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb.
FHN-dən bakunews.az-ya milli.az-a istinadən bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
bakunews.az