Sizin reklam burada 728×90
Son dəqiqə

Evdə yanğın oldu, iki qadın öldü

25.07.2022 09:29 690 1 dəq oxunur
Evdə yanğın oldu, iki qadın öldü
Tovuzda evdə baş verən yanğında iki nəfər həlak olub. 

FHN-dən Ulutv.info-a qafqazinfo-ya istinadən verilən məlumata görə, Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az