Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda 15 yaşlı qız yoxa çıxdı

24.08.2022 16:47 760 1 dəq oxunur
Bakıda 15 yaşlı qız yoxa çıxdı
Bakıda yeniyetmə qız itkin düşüb.

bakunews.az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bu barədə onun anası A.Şahverdiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı adıçəkilən bölmədə araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az