Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda idmançı faciəli şəkildə öldü

03.07.2022 14:49 607 1 dəq oxunur
Azərbaycanda idmançı faciəli şəkildə öldü
Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Bu barədə Oxu24.com-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az