Sizin reklam burada 728×90
Son dəqiqə

“Qarabağ” fransalı hücumçunu istəyir

15.01.2025 11:47 296 1 dəq oxunur
“Qarabağ” fransalı hücumçunu istəyir
“Qarabağ” mərkəz hücumçusu axtarışlarını davam etdirir.

Bu barədə Polşanın “goal.pl” portalı məlumat yayıb.

Ağdam təmsilçisi “Legiya"nın fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir.

Polşa təmsilçisinin 27 yaşlı futbolçuna başqa təkliflər də var.

Alfarela ötən yay 1 milyon avroya Fransanın “Bastiya” klubundan “Legiya”ya keçib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Transfermarkt portalı forvardın bazar dəyərini 600 min avro qiymətləndirir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az