Sizin reklam burada 728×90
Son dəqiqə

"Qarabağ" məğlub OLDU

26.01.2025 22:48 489 1 dəq oxunur
"Qarabağ" məğlub OLDU
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.

"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.


Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ın qapısına yol tapıb

"Qarabağ" hazırda 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 1:2. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az